MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO

img

31-03-2026 [14:09]


Abşeron rayonu, Masazır kəndində bir vaxtlar göl olan ərazi qurudularaq yaşayış sahəsinə çevrilib, burada evlər tikilib.

Son günlər yağan güclü yağışlardan sonra isə ərazidə ciddi subasma problemi yaranıb. Yağış suları nə axmağa, nə də torpağa hopmağa yer tapır.

“Üç gündür burada ailələr köməksiz vəziyyətdə qalıb. Uşaqlar pəncərənin önündə otururlar. Biz onlara çörək, yemək və içməli su aparırıq. Çölə çıxmağa yer yoxdur, yol tamam bağlanıb. Mən 2009-cu ildən burada yaşayıram. Bu vaxta qədər belə vəziyyət olmayıb. Təxminən 15 ev suyun altında qalıb”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə vəziyyətin getdikcə ağırlaşdığını deyib: “Hazırda vəziyyət çox pisdir. Bəzi ailələr evlərindən çıxarılıb. Kişilər qalıb ki, suyun qarşısını almaq üçün nəsə etsinlər. Amma suda heç bir azalma yoxdur. Çünki kanalizasiya sistemi işləmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA