Səfirliklər bağlanacaq? - XİN-dən açıqlama

img

07-12-2016 [12:30]


"Qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”.

Mia.az xəbər verir ki, bu sözləri APA-nın sorğusuna cavabında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu xüsusda, mövcud şəraitə uyğun olaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin işinin və kadr təminatının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür: "Amma diplomatik nümayəndəliklərin bağlanması məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, 2017-ci il üzrə büdcə layihəsində XİN sisteminə 220 milyon vəsait ayrılıb. Milli Məclisdə büdcə müzakirələri zamanı bəzi millət vəkilləri bildirib ki, vəsaitin azalması nəticəsində gələn il Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlana və ya birləşdirilə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA