"Ermənistan görüşlərdən boyun qaçırır" - Baş nazirin müavini

img

10-12-2016 [12:08]


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər uzatmağa çalışır və ona görə də ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçib.

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir: "Ermənistan bu yolla münaqişənin nizama salınmasına əngəl törədir, status-kvonu qoruyub saxlamağa çalışır. Güman edirəm ki, Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılacaq. Əks halda Azərbaycan öz imkanları ilə bunu həll edəcək. Buna görə də Ermənistan münaqişənin həllini mümkün qədər uzatmağa çalışır, ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçir”.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA