Qurban Qurbanov: ?çakarovu çoxdan komandamda görmək istəyirdim?

img

20-05-2010 [04:39]


?Çudomir Çakarovla hələ lap əvvəldən tanışlığımız var idi. Bildiyiniz kimi, O uzun müddət ölkəmizdə, daha dəqiq desək, ?Bakı?da məşqçi kimi fəaliyyət göstərirdi. Elə o vaxtlarda görüşürdük, söhbətlərimiz olurdu, tanışlığmız vardı. Elə onun ?Qarabağ?a gəlişində də məhz bu tanışlığımızın rolu oldu?. Bu sözləri Qol.Az-a açıqlamasında ?Qarabağ?ın baş məşqçisi Qurban Qurban deyib. Ağdam klubunun çalışdırıcısının sözlərinə görə, o, hələ mövsümün əvvəlində Çakarovu özünə köməkçi gətirmək istəyirmiş: ?Lakin o vaxt Çakarovu ölkəmizə gətirən Coko Hacievski yenidən köməkçisini geri qaytarmaq fikrinə düşdüyündən, biz geri çəkilməli olduq. Nəticədə Fatih Kavlakla anlaşdıq. Amma türkiyəli köməkçimin müqaviləsinin müddəti başa çatdığından, o, getmək istədi və etiraz etmədik. Çakarov da işsiz olduğundan, bu dəfə onunla anlaşmağımızda problem yaranmadı. Mütəmadi əlaqə saxlayıb, söhbətləşirdik. Şadam ki, nəhayət bu işbirliyini həyata keçirə bildik?. Q.Qurbanov yeni köməkçisinin komandaya daha böyük fayda verəcəyinə, uğurlar qazandıracağına inanır: ?Mən hələ ilk günlərdən onun iş prinsipləri ilə, fəaliyyət proqramı ilə tanış idim. Bilirəm ki, işinə məsuliyyətlə yanaşan məşqçidi. Həm də Çakarov Azərbaycan futbolunda xeyli müddət çalışdığından Azərbaycan futbolunun incəliklərinə yaxından bələddi, futbolçularımızın da nəyə qadir olduğunu gözəl bilir. İstənilən halda, onun komandamıza böyük fayda verəcəyinə, uğur gətirəcəyinə inanırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA