?Rusiya-Türkiyə-iran əməkdazlığı yarana bilər, nəinki Dağlıq Qarabağ, hətta Ermənistan da qurban gedə bilər?

img

20-05-2010 [02:56]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Daglıq Qarabağ mövzusunda növbəti mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin vəziyyətinin müqayisəli təhlilini edib. Bildirib ki, Dağlıq Qaqrabağ münaqişəsinin ilkin mərhələsində Ermənistanın qələbəsinə şərait yaradan 4 faktordan ibarətdir: 1.Ermənistan SSSR-ni dağıtmaqla bağlı qərbin sifarişini yerinə yetirdiyi üçün kifayət qədər cəlbedici olub. Dağlıq Qarabağ münaqişəsi məhz SSSR-ni dağıtmaq məqsədilə ortalığa atıb. Ona görə ABŞ və Qərb ermənilərə hərtərəfli (siyasi, diplomatik, maliyyə və s.) dəstək verib. Bundan başqa Spitak zəlzələsi mühüm rol oynayıb. Əslində, Spitak zəlzələsi Dağlıq Qarabağ münaqişəsində erməniləri pul, silah və adamlarla təmin etmək üçün bəhanəyə çevrilib. Yəni SSSR-də Ermənistan üçün 4milyard rebl pul toplanıb. Bu Ermənistan SSSR-nin iki illik büdcəsi deməkdir. 51 milyon dollar ABŞ-dan, 27 milyon isə qalan dünya ölkələrindən toplanıb. Spitak zəlzələsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında əlaqənin olduğunu ermənilərin özləri də dəfələrlə təsdiq ediblər. Spitak zəlzələsi SSSR-nin sərt viza rejimini ermənilər üçün yumşaldıb. 2.Ermənistana gələn bütün kommunikasiyalar açıq olub. Hətta elə dövr olub ki, Gürcüstan ermənistanın yüklərinin, o cümlədən silahlarının getməsi üçün tam yaşıl işıq yandırıb. 3.Dünya erməniliyində möhkəm birlik olub. Ermənistan dünyada olan ermənilərin ?Məkkəsi? olub. Ermənistanın 5 milyon əhalisi olan dövlətə çevirmək şansı olub. Bu onu Qafqazda əhalisinin sayına görə 2-ci yerə çıxaradı. 4.Azərbaycanın daxilindəki hərc-mərcliyi aradan qaldırmaq mümkün olmayıb. Azərbaycanındaxili vəziyyəti ermənilərin xeyrinə olub. SİTM sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yeni mərhələlərini qeyd edib. 1.Ermənistan bütüt qonşuları ilə pis münasibətdədir. Kommunikasiyalar bağlıdır. Öz ətrafında geosiyasi vakum yaradıb. 2.Ermənistan 1.8 milyard dollarlıq büdcəsinin müqabilində 4.5 milyard bocu var. Müharibə başlayacağı təqdirdə borc sahibləri Ermənistandan borclarını geri istəyəcək. 3.Dünya erməniləri parçalanmış vəziyyətdədir, özlərini tanıdıqca bir-birindən uzaqlaşırlar. 4.Azərbaycanın daxili sabitliyi möhkəmdir. Valyuta ehtiyatı 22 milyard dollardır. M.Əhmədoğlu onuda bildirib ki, danışıqların indiki mərhələsinə təsir edən faktorlar ondan ibarətdir ki, Rusiya Federasirası və Ukrayna Dnestryanı münaqişəsinin dinc yolla, Moldovanın suverenliyi və ərazi bütövlüyü prinsipi əsas götürülməklə tənzimlənməsinə tərafdardırlar. İranın nüvə texnologiyaları haqqında Türkiyə-Braziliya-İran arasında imzalamış sazişə ABŞ-ın ilkin, neqativ reaksiyası Türkiyə və RF-i İran məsələsində yaxınlaşdıra bilər. RF ABŞ-ı regiondan daha da uzaqlaşdırmaq imkanı əldə edir. RF-Türkiyə-İran əmkdaşlığı yarana bilər və bu zaman nəinki Dağlıq Qarabağ, hətta Ermənistanda qurban gedə bilər. Ermənilər kütbeyin, qanmaz rolunu hərbçi roluna nisbətən daha yaxşı ifa edirlər. Sanki ətrafda nələrin baş verdiyini görmürlər. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA