YAP həmsədrlərə Dağlıq Qarabağda ?parlament seçkiləri? ilə əlaqədar etiraz məktubu göndərdi

img

19-05-2010 [06:48]


Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən bu ilin may ayının 23-də keçirilməsi nəzərdə tutulan ?parlament seçkiləri? ilə əlaqədar etiraz məktubu göndərdi. Məktubda deyilir: ?Sübut etməyə ehtiyac yoxdur ki, işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxaql hüququn norma və prinsiplərinə daban ? dabana zidd olub, legitim sayıla bilməz. Dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan sözügedən separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı edilməsinin birbaşa nəticəsidir. Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Minsk qrupunun səylərinə baxmayaraq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Dağlıq Qarabağ separatçı rejiminin təşkil etdiyi sözügedən ?seçki kampaniyası? əslində beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyildir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının suverenliyinə birbaşa təcavüz xarakteri daşıyan bu hərəkət hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarına ciddi şəkildə mane olur və xoşməramlı məqsədlərə xidmət göstərmir.? Qondarma rejim tərəfindən həyata keçirilən ?seçkinin? münaqişənin həlli istiqamətində danışıqlar prosesinə mənfi təsir göstərəcəyi bildirilən məktubda daha sonra deyilir: ?Yeni Azərbaycan Partiyası separatçı rejimin növbəti ?seçki? təxribatını qəti şəkildə pisləyir, bu əməlləri danışıqlar prosesinə ciddi əngəl hesab edir və ATƏT-in Minsk qrupunun həmsədrlərindən bu məsələyə obyektiv münasibət bildirmələrini gözləyir.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA