"Biri deyir ki, mənə ərə gəl, sənə pul buraxım..." - Əməkdar artist

img

28-11-2016 [14:37]


"Qonaq gəl bizə” verilişində qonaq olan əməkdar artist Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı açıqlamalar edib.

İfaçı  iki dəfə nişanlı olduğunu deyərək hələ də ailə qurmamasının səbəbini açıqlayıb:

"Məhəbbəti futbol topu kimi kənara atıram. Biri deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım. Dedim, atamı səndən üstün tuturam. Mən şəhərin birnömrəli binasından yaşayıram. Kiminsə aldığı evi nə edim? Ürəyim boş deyil, çox xoşbəxt insanam. Bacım uşaqlarını çox istəyirəm, qəlbimdə onlardı. 

Hələ heç bir kişiyə deməmişəm ki, səndən xoşum gəlir. Başımı niyə ağrıdım? Sərxan Sərxan yaxşı deyib ki, müğənni tək yaşamalıdır. Mənim xoşuma gələn tip bizdə yoxdur. İki dəfə nişan qaytarmışam. Birinci dəfə çox yaraşıqlı oğlanla nişanlanmışam. 

Sonra gəldi ki, oxumayacaqsan. Dedim ki, tutduğum yolda özüm gedirəm. Üzüyü çıxardıb qaytardım. Anam, atam narazı oldu. Sonra yenə də nişanlandım. Hamı mənə olduğumdan az yaş verir. İndi mənə 32 yaş verirlər. Gəlirlər ki, bu uşaq sənlə ailə qurmaq istəyir. Deyirəm, rus və ya başqa dilləri bilirsən? Cavab verir ki, yox. Özü də 32 yaşı var. Mənim səviyyəm olmayan biri yanımda gəzə bilməz. Mən akademik qadınam. İndi də əlimdə lüğət, dil öyrənirəm”.

Ş.Tapdıq səsini bəyəndiyi ifaçıların adını açıqlayıb:

"İlhamə Qasımovanın səsini bəyənirəm. Bir də İradə İbrahimovanı xoşlayıram”.

Unikal.org

Digər xəbərlər
SON XƏBƏRLƏR