VHP-çilər Bursada gənc bələdiyyə üzvlərinin toplantısına qatılacaq

img

19-05-2010 [02:02]


Türkiyənin Bursa şəhərində mayın 20-dən başlayaraq gənc bələdiyyə üzvlərinin 10 günlük seminar-müzarirələri keçiriləcək. Qonşu dövlətlərin bələdiyyə üzvlərinində qatılacağı bu regional tədbirdə məqsəd yerli özünüidarəetmə orqanlarının təcrübə mübadiləsi və peşakarlıqlarının artırılmasıdır. VHP Mətbuat və İnformasiyya xidmətindən MİA-ya verilən məlumata görə, bələdiyyə strukturlarının yenicə formalaşdığı ölkələrdən gələn nümayəndələr Bursanın bir neçə yerli özünüidarəetmə qurumunda iş sistemi ilə də tanış olmaq imkanı əldə edəcəklər. Bursada və Türkiyənin 10 yaxın bələdiyyəsində keçiriləcək bu görüşlərdə Azərbaycandan VHP-çi gənclər ? Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü və bələdiyyənin komissiya sədri Samir Əsədli və Xırdalan bələdiyyəsinin üzvü Elçin Məlikov da iştirak edəcəklər. Bu məqsədlə Samir Əsədli və Elçin Məlikov bu gün Türkiyəyə yola düşürlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA