"Bu, Ərdoğana mesajdır" - Türkiyədən Avropaya sərt mesaj

img

24-11-2016 [18:28]


Avropa Parlamentinin Türkiyə ilə bağlı çıxardığı  qərardan sonra ilk açıqlama Avropa Birliyi üzrə nazir və baş müzakirəçi Ömər Çelikdən gəlib.

Mia.az xəbər verir ki, Ömər Çelik Avropa Parlamentinin bu qərarını heç bir hüququ qüvvəsi olmayan əsassız addım saymaqla yanaşı, həm də qərarın Ərdoğana mesaj olduğunu açıqlayıb:

"Türkiyə ilə həmrəy olmaq əvəzinə, ağılsız müzakirələrə başlayırlar. Terrorun olmadığı yerlərdə bu qərarları vermək asandır, amma Suriya və İraqla 1295 km sərhədimizin olduğu, terrora qarşı belə əzimlə mübarizə apardığımız halda, bizimlə həmrəy olmaq əvəzinə mənasız müzakirələr açmaq bəsirətsizlikdir. Bu qərarın heç bir hüququ qüvvəsi və Türkiyə üçün əhəmiyyəti yoxdur. Bu qərar, həm də hörmətli prezidentimiz Ərdoğana mesajdır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA