Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı... - PA rəsmisindən açıqlama

img

23-11-2016 [11:42]


"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olduğunu nümayiş etdirir”.

Bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Facebook” səhifəsində yazıb. 

O bildirib ki, bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında üçtərəfli formatın tərkibinin dəyişərək daha bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA