Əli Əhmədov müxalifətin aksiyalarla bağlı iddialarına cavab verib

img

18-05-2010 [02:04]


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov müxalifətin aksiyalarına icazənin verilib-verilməməsinə müsaibət bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müxalifətin aksiya üçün istədikləri yerin verilməməsi ilə bağlı iddiaları əsassızdır. YAP yetkilisi deyir ki, müxalifətin aksiya üçün ayrılmış yerlərdən imtina etməsi başqa səbəblərlə bağlıdır: ?Birinci səbəb odur ki, əslində müxalifət kütləvi aksiyalar keçirib tərəfdarları ilə görüşmək məqsədi güdmür. Məqsəd ölkədə qarışıqlıq yaratmaqdır. Bundan əlavə, beynəlxalq təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda kütləvi aksiyalara yer ayrılmır. Digər tərəfdən, onlar şəhərin elə bir yerində kütləvi aksiya keçirmək istəyirlər ki, oralar həmişə insanlarla dolu olur, Yəni özlərinin tərəfdarlarnın az olmasını bu yolla ört-basdır etməyə çalışırlar?. YAP yetkilisi deyir ki, hakimiyyət orqanları kütləvi aksiyaların keçirilməsi üçün uyğun yerlər ayırıb və hakim Yeni Azərbaycan partiyası da seçki kampaniyaları müddətində kütləvi aksiyalar keçirmək istəyərkən ayrılmış yerlərdən istifadə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA