20-11-2016 [17:58]
28-may.az Xəlil Rza Ulutürkün rus şairəsi, Səməd Vurğunun bir sıra əsərlərini rüs dilinə cevirən mahir tərcüməçı Adelina Adalis ilə dahi azərbaycan şairi haqqında etdiyi söhbəti ixtisarla yayımlayıb.
Qeyd edək ki, söhbət 1966-cı ildə qələmə alınıb.
Mia.az 28-may.az-a istinadən həmin söhbəti təqdim edir:
****
Bu səhər görüşünə gəldiyim Adelina Adalisi heç vaxt unuda bilmərəm.
Rus qələm dostları içində bəlkə də Səməd Vurğunu ən çox tanıyan və sevən məhz bu qadındır.
63 yaşı olmasına baxmayaraq, həm bir şair, həm də bir insan kimi ruhən cavan qalan bu qadın Səməd Vurğun haqqında danışmaqdan doymur:
- Mən Səmədlə 1930-1931- ci illərdə tanış olmuşam. Hələ o zaman hiss etmək olurdu ki, Vurğun gələcəkdə böyük şair olacaqdır. Səməd Vurğunun dili qılınc kimi kəskindi. Bir də paxıllıq, həsəd nə olduğunu bilmirdi. Dağ boyda ürəyi vardı. Onun bu keyfiyyətləri getdikcə öz poeziyasında əksini tapmağa başladı.
Mən, Səməd vurğunu tərcümə etməklə fəxr edirəm. Səmədlə işləmək səadətdir. Doğrudur , çox mübahisə edirdik. Səməd inandırmağa çalışırdı ki, onun şeiri daha güclüdür. Mən isə sübut etmək istəyirdim ki, yox, filan yerdə tərcümə orijinaldan qüvvətlidir.
"Vaqif” pyesinin tərcüməsi üzərində, xüsusi ilə, ləzzətlə işləmişəm. Tərcüməni başa çatdırandan sonra gördüm nəsə çatmır. Əsəri bir kənara qoyub Vaqifi, Vidadini öyrənməyə başladım. 19-cu əsr Azərbaycanını dərk etməyə girişdim. Səməd Vurğuna bildirdim ki, Eldar xətti Vaqiflə möhkəm bağlanmır. Vaqifi xalq sərkərdəsi, üsyan başçısı kimi qələmə vermək tarixi həqiqətə uyğun deyil. Pyesin ümumi pofosu həmin qüsuru unutdursun. Səməd mənim fikrimə az-çox əməl etdi. Mən də tərcümə üzərində yenidən işlədim.
S.Vurğun "Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. Səməd Vurğun obyektiv olduğu qədər subyektiv şairdir. Onun mənəviyyatı əsərlərində aydın əks olunmuşdur.
"Muğan”ı tərcümə edərkən mənim ürəyimi iki duyğu qapladı, sevinc, bir də qorxu. Sevinirdim ki, Səməd artıq yetişmişdir. ”Muğan” yalnız onun deyil həm də bütün Sovet şeirinin ən qüvvətli əsərlərindən biridir. Bununla bərabər qorxurdum. Patomu şto zdes bılo predçustviye smerti. Doğrudur, "Mugan” Səmədin vəfatından 8 il əvvəl qələmə alınmışdır. Ancaq mənə elə gəlirki , Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir və yalnız ayrı-ayrı misralarda deyil, Poemanın ümumi ruhunda bildirir:
Kür qırağı ... qarayazı ... göy çəmən.
Qoşa palıd ... tüstülənən od ocaq.
Saç ağardı unutmadım sizi mən,
Hansı şair sizi birdə yazacaq?
Sonuncu beytə bir də diqqət yetirin: "Saç ağardı unutmadım sizi mən, Hansı şair sizi birdə yazacaq?”
Bu misralarda Səməd Vurğun ölümün yaxınlaşdığını duyur. "Muğan” – eto ispoved. Bu poemada sevinc, kədər həyat eşqi , vətən məhəbbəti bir-birinə qarışmış və gözəl bir simfoniya yaranmışdır.
"Muğan”poetik gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini qabaqcadan duymaq qabiliyyətinə malikdir. Səməd Vurğunda bu cür duyma və sezmə daha güclüdür. Yaradıcılığının son məhsullarından olan "Şair nə tez qocaldın sən?” , "Mən tələsmirəm”, ”Unudulmuş tək məzar”, "Gödəkcə” kimi şeirlərdə, həmçinin "Düşüncələr”də həyatı sevən, ondan dörd əlli yapışan, bununla belə ölümün labüd olduğunu bilən şairin mənəviyyatı verilmişdir.
Ölüm günündə xəstə insan bir qədər sağalmış kimi olur, sonuncu həyat qüvvələri toplanır, xəstənin üz-gözü nurlanır. Mənə elə gəlir ki, bu xüsusiyyət Səmədin poeziyasında da öz əksini tapmışdır. Vurğunun son dövr yaradıcılığında daha qüvvətli bir işıq yanır. ”Zamanın bayraqdarı” poeması bütün bəşər tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Mən deyərdim ki, "Mən tələsmirəm” şerində bədii təfəkkür nə qədər geniş, hətta mən deyərdim ki, hüdudsuzdur.
Bir günün ərzində illərlə yansın
Al günəş gözündən nur yağa-yağa.
Ömür kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm
Mən tələsmirəm,
Mən tələsmirəm.
S.Vurğun ”Ömür kitabının tamamlandığını " duyduğu üçün belə deyirdi. Ancaq onu düşündürən yalnız öz ölümü deyildi, ümumiyyətlə, həyatın və ölümün mənası, bəşəriyyətin taleyi idi.
Mənim fikrimcə, S. Vurğun Yeseninə çox bənzəyirdi. Əlbəttə, poetik fikrin genişliyinə görə Vurğun Yesenindən çox böyükdür. Yesenin gənc şair kimi həyatdan getdi. Qəlbindəkilərin onda birini deməyə macal tapmadı. Ancaq Yeseninin Səmədlə birləşdirən oxşarlıq budur ki, hər ikisi böyük şöhrətə , nüfuza malik olduğu halda, həyatdakı bir sıra faktlar ilə barışa bilmirdilər. Səməd 1937-ci illə bağlı olan faciələri görmüşdü.
1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun yaraları köz-köz olmuşdu. Açılmışdı.
Ömrünün son illərində Vurğun daha fikirli daha pərişan idi .O, Müşfiqi həyəcansız xatırlaya bilmirdi. Müşfiqin adı çəkiliəndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı çəkiləndə Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət dinməyəcək, içəridə yanmaqla dərdlərini ovundurmağa çalışacaq.
Moskvaya gələndə Səməd Vurğun qadınlarla gəzməyi içməyi xoşlayırdı. Ancaq mənim zənnimcə, bu da zahiri maska idi. Onun mənəviyyatı qadınla məşğul deyildi, tamam başqa məsələlərlə məşğul idi. Qadınla gəzmək, şərab içmək isə içəridə alışıb yanan dərdləri ovundurmaq vasitəsi idi.
Hüseyin Cavid kimi böyük dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz gözləri ilə görən və sonra bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən xəbər tutan Vurğun kimi həssas bir sənətkar çoxmu ömür sürə bilərdi?
Səmədin ölümü labüd idi. U neqo bılo volya k smerti. Mən Bakıda azərbaycan qocalarını dinləmişəm. Onlar deyirdilər ki, Səməd özünü öldürüb.
Bu sözdə müəyyən bir həqiqət var. Səmədin yatağından kağıza bükülü ülgüc tapılan zaman oğlu Vaqifin üstünə necə qışqırması da məlumdur.
S.Vurğun özünü öldürmək fikrini boynundan atmaq üçün qəsdən uşağı danlamışdır: "Ayə, bunu niyə gətirib əlindən salmısan? Burada qələm yonarlar”.
Əslində, Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı. Ülgüc sürüşüb yatağın ortasına qədər gəlib çıxmışdı. Əlbəttə, Səməd Vurğun özünü öldürməklə öz əzizlərini əzab-əziyyətdən xilas etmək istəyirdi. Çünki ölümcül xəstə olduğu müddətdə Xavərin, Yusifin, Vaqifin, Aybənizin nələr çəkdiyini öz gözləriylə görürdü. Hətta bir dəfə Mirzə İbrahimova deyibmiş ki, həkimlərə ağız aç, həm məni, həm də sizi bu əzabdan qurtarsınlar. Xavər üzülüb.
Bu o demək deyildir ki, Vurğun yaşamaq istəmirdi. Əksinə, Səməddə iradə çox qüvvətli idi. Onda həyat eşqi də çox güclü olmuşdur. Bununla belə Səməddə iki düşüncə çarpışırdı. Ruslarda bir "soznaniye” sözü var, bir də "podsaznaniye”.
Səməddə "soznaniye " həyatın, "podsoznaniye” ölümün tərəfində idi.
Yadımdadır, bir dəfə Qostilizdatda Səmədlə görüşdük. Mili ədəbiyyatlar şöbəsi müdiri Aleksandra Rabinina, bir də Luqovskoy burada idi. Səməd Kreml şəfaxanasına müalicəyə gəlmişdi. Gülə-gülə dedi ki, həkimIərin heç birinə inanmıram. Hamısı yalan- palan deyir. Mən də xəstəlik yoxdur. Gedəcəyəm bizim dağlara, dodağımı sıxacam büz bulaqlara. Səmədi bu cür danışdıran "soznaniye" idi.
Bir azdan Aleksandra Rabinina gedəndən sonra Səməd düşüncəli halda ah çəkdi:
-Axı deyəsən mənim ölümüm yaxınlaşıb.
-Paçemu tak qlupo qovarış, Samed?
Səməd Luqovskoyun üzünə qəmli-qəmli baxdı:
-Cünki iki aydır ki, mənim dodaqlarımdan heç kim öpmür. Məndən çəkinirlər.
Uca bolu Luqovskoyun gözləri doldu. Səmədi bağrına basıb gözündən öpdü. Sonra mən də dodaqlarından öpdüm. Səməd sanki bir az yüngülləşdi.
Səmədə ölüm fikri doğuran "podsoznaniye” idi. Təcrübə göstərir ki, "podsoznaniye” "soznaniye”dən daha güclüdür, onun dediyi doğru çıxır.
Səmədin ölümünü yaxınlaşdıran səbəblərdən biri ürəyindəki fikirləri cilovlması, açıb deməməsi olmuşdur. Səməd böyük mənəvi azadlıq tələb edən sənətkardır.
Fitrətinə görə qəhrəmandır. Sərt həqiqəti deməkdən qorxmayan, maska yırtmaqdan çəkinməyən bir xilqətə malikdir. Digər tərəfdən Səməd Vurğun Bağırov kimilərinin qabağında susmağa məcbur olurdu. Özünü cilovlayırdı. Öz qəlbinin və bədəninin tələblərinə çıxmaq insanı tez sarsıdır....
Poemadan söz düşür, Adelina Yefimovna bildirir ki, sovet şeirində "Komsomol poema”sından güclü poema tanımıram. Bu əsərdə dramatizm cox güclüdür.
Səməd Vurğunla Fadeyevin dostluğundan söz düşəndə Adelina Yefimovna bildirir:
-Əlbəttə, Fadeyev Səmədi çox sevirdi. Səmimiyyətlə sevirdi. Ancaq mənə elə gəlir ki, əsl dostluğun, məhəbbətin gözü açıq olmalıdır. Fadeyev Səmədin dahiliyini başa düşürdüsə, onu içkidən, ziyafət həyatından çəkindirməli, onun enerjisini, onun ömrünü qorumalı idi. Halbuki əksinə, Fadeyev özü Səmədi ziyafət həyatına cəlb edirdi. Zənnimcə, böyük mərama, - vətən eşqinə söykənməyən dostluğa dostluq demək olmaz.
Adaelina adalisin sonrakı söhbətindən diqqətə layiq hesab etdiyim fikirləri bura köçürürəm:
-Samed Vurğun bıl qorazdo traqiçnee çem kajetsya.
-Səməd Vurğun ğörüşdüyü qadınları sevmirdi.
Görüşmədiklərini sevirdi. Qulyal jenşinami iz za toski.
-Samed strastno xotel jit.No odnovremenno u neqo bıla volya k smertı.
-Səməd Vurğunun ağlına elə ictimai-siyasi fikirlər gəlirdi ki, düşünməkdən qorxurdu. Qəhrəman Səməd Vurğun qorxaq Səməd Vurğunla həmişə çarpışmışdır. On boyalsya verit v ujasnıye veşi.
-Ya lyubila neustroynost Sameda. O, bəzən səliqəsiz, bəzən pulsuz olurdu. Əlinə düşəni dərhal yetim- yesirə, hətta ehtiyacı olmyanlara verirdi. Mən Səməd səxavətində adam görməmişəm.
-Rəsul Rza da cəsarətli fikirlər deyir. Bu fikirlər xalq ürəyindən su içir. Rəsul Rza idrak şairidir. Bununla belə Rəsul Rza çox gözəl yaşayır. Onda Səməd səxavəti yoxdur. Həyatda özünü diplomat kimi aparır. Bu qədər firavan yaşayan, gözəl həyat keçirən əsrlərcə yaşaya bilməz. Samed Vurğun imel pravo buntovat. No Rasul Rza ne imeet eto pravo v takoy stepeni. Patomu şto on prekrasno jivyot.
-Samed moq bı sozret do qeniya. Dahi səviyyəsinə yüksəlməyə ona mühit zaman imkan vermədi....
Xəlil Rza Ulutürk.
"Bir odlu gözləri, bir də xoş səsi"
"Çinar-Çap", Bakı-2007
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib