DUi-də Müsavatla birgə aksiya məsələsi müzakirə olunub

img

17-05-2010 [01:58]


Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ SŞ 15 may 2010-cu il tarixdə "Azadlıq" blokunun aksiyasının zorakılıqla dağıdılmasını pisləyib, həbs olunanların azadlığa buraxılmasını və hakimiyyətdən ölkə konstitutisiyasına əməl edərək sərbəst toplaşma azadlığını təmin edilməsini tələb edib. DUİ SŞ sel və daşqınların nəticəsində ölkədə yaranmış situasiyanı, eləcə də təbii fəlakətin səbəblərini müzakirə edərək sözügedən məsələlərin daha obyektiv şəkildə araşdırılması üçün İctimai Komitənin yaradılmasını təklif edib. İctimai Komitənin ziyalılardan, ictimai təşkilat nümayəndələrindən, siyasi partiya nümayəndələrindən və qeyd olunan sahənin mütəxəssislərindən təşkil edilməsi də təklifdə əks olunub. 21 may 2010-cu il tarixdə DUİ və Müsavat Partiyası tərəfindən keçiriləcək mitinqə hazırlıqla əlaqədar keçirilən müşavirələrin nəticələrini müzakirə edən DUİ SŞ hazırlıq prosesini qənaətbəxş dəyərləndirib. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA