Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

img

18-05-2010 [07:02]


Azərbaycan Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti Rusiyaya səfər edəcək. Parlamentin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti mayın 29-da Rusiyaya yola düşəcək və səfər iki gün davam edəcək. Səfər zamanı Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti görüşü keçiriləcək. Komissiyanın son iclası ötən il Bakıda keçirilmişdi. O zaman Rusiya Federal Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi və maraqlı görüşlər olmuşdu. Bu dəfə isə Azərbaycan Milli Məclisinin on nəfərlik nümayəndə heyəti Rusiyaya gedəcək. Keçirilən görüşlərdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA