Müəğənninin mayor rütbəli ərinə hansı vəzifə verilib? - Açıqlama

img

15-11-2016 [13:59]


Müğənni Xatirə İslamın mayor həyat yoldaşı Fəxrəddin Musazadəyə vəzifə verilib.

Bu barədə sənətçi sosial şəbəkədə məlumat verib.

İfaçı instaqramda xəbəri izəyiciləri ilə bölüşsə də, daha sonra paylaşımı silib.

Müğənni bunun səbəbini də açıqlayıb:

"Dünən ailəmdə baş verən sevincli anları sizinlə paylaşdım. Sevincli anlarıma sevinmək əvəzinə divar kağızını, yoldaşımın və övladımın geyimini müzakirə etdiniz. Bu səbəbdən şəxsi həyatım barədə az məlumat bilsəniz yaxşıdır”.

X. İslam "Qafqazinfo”ya bildirib ki, artıq şəxsi həyatı barədə heç vaxt açıqlama verməyəcək:

"Şəxsi həyatım barədə nə instaqram, nə də müsahibələrimdə danışacam. Sevincimi bölüşürsən, başqa şeylər barədə rəy bildirirlər. Dövlət işindədi, vəzifəsi barədə də heç nə demək istəmirəm. Qoyun, insanlar ailəm barədə məlumatsız olsunlar”.

Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl həyat yoldaşının 5 dil bildiyini, sinxron tərcümə ilə məşğul olduğunu açıqlamışdı.

O qeyd etmişdi ki, ərinin rütbəsi mayordur və 10 min işçiyə rəhbərlik edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR