?Bakı? rəhbərliyi futbolçulara ?Xəzər Lənkəran?dan xal almağı tapzırdı

img

14-05-2010 [02:06]


Dünən ?Bakı?nın baş meneceri Zeynal Məmmədov məşq zamanı futbolçularla görüşərək, onlarla ayaqüstü söhbət edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Z.Məmmədov görüşü zamanı şənbə günü ?Xəzər Lənkəran?a qarşı keçiriləcək qarşılaşmada rəhbərliyin komandadan yalnız qələbə gözlədiyini bildirib: ?Titulumuzu qorumaq şansımız var. Taleyimiz öz əlimizdə olmasa da, biz üzərimizə düşəni etməliyik. ?Xəzər Lənkəran?la matçda yalnız qələbə haqda düşünürük. Uduzmağı ağlımıza belə gətirmirik. Çətin səfərdən uğurlu nəticə ilə qayıdacağınıza inamımız böyükdür. ?Xəzər Lənkəran? üzərində həm çempionatda, həm də kubokun finalında qələbə qazanmalıyıq?. Daha sonra baş məşqçi Cüneyt Biçer, eləcə də komandanın aparıcı üzvlərindən bir neçəsi çıxış edərək, ?Xəzər Lənkəran?la matçda meydana yalnız qələbə üçün çıxacaqlarını və istəklərinə çatmaq üçün son ana qədər mübarizə aparacaqlarını bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA