Qana milli komandası heç-heçə etdi, ancaq qrup liderliyinə yüksəldi

img

20-06-2010 [01:03]


Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında D qrupunda II tura yekun vurulub. Turun ikinci matçında Qana və Avstraliya yığmaları üz-üzə gəlib. Rustenburq şəhərindəki ?Royal Bafokeng? stadionunda keçirilən görüş heç-heçə ilə nəticələnib ? 1:1. İtaliyalı baş hakim Roberto Rozettinin idarə etdiyi qarşılaşmada hesab 11-ci dəqiqədə açılıb. Qana millisinin qapıçısı Riçard Kinqston cərimə zərbəsindən vurulan topu uğursuz dəf edib. Onun qaytardığı topa hücumçu Brett Holman dəqiq zərbə endirib. Bundan 14 dəqiqə sonra Avstraliya yığması ağır zərbə alıb. Harri Kyuell qapıya gedən topun qarşısını qolu ilə kəsdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub. Eyni zamanda ?yaşıl qitə? təmsilçisinin qapısına penalti təyin olunub. Asamoa Qyan ötən tur Serbiya ilə matçda olduğu kimi, bu dəfə də penaltini dəqiq yerinə yetirib. Say üstünlüyünə baxmayaraq, Qana futbolçuları qələbə topunu vura bilməyiblər. Qalan dəqiqələrdə hər iki komandanın əlverişli imkanları olsa da, bundan yararlanmağı bacarmayıb. Beləliklə, bu heç-heçə sayəsində Qana xalını 4-ə çatdıraraq, qrupda vahid liderə çevrilib. Serbiya və Almaniya hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürür. Avstraliya isə ilk xalını əldə edib. D qrupunda iyunun 23-də keçiriləcək 3-cü turda Qana ? Almaniya və Serbiya ? Avstraliya görüşləri olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA