Məşhur müğənni vəfat etdi: “...sonuna kimi mənimlə rəqs et” (VİDEO)

img

11-11-2016 [11:37]


Məşhur kanadalı yazıçı, şair və müğənni Leonard Koen 82 yaşında dünyasını dəyişib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelosdakı evində dünyasını dəyişən Koenin ölüm səbəbi hələ ki, bilinmir.

Qeyd edək ki, yəhudi ailəsində dünyaya gələn Koen ilk şeir kitabını 1956-cı ildə dərc etmişdi.

Qremmi mükafatı laureatı olan Koen 1960-cı illərə qədər həyatını şeir və romanlarına həsr edib. 1980-ci illərdə isə bas-bariton tonda mahnıları ilə müğənni kimi məşhurlaşıb. Ən məşhur bəstələri "I'm Your Man”, "Death of A Ladies Man”, " Dance Me To The End Of Love”, "A Thousand Kisses Deep”dir.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR