“Erkən nikahların qarşısını alaq” – FOTO

img

01-11-2016 [17:41]


"Erkən nikahların qarşısını alaq” – teatr tamaşalarının nümayişi fərdi layihəsi bu ilin sentyabr ayının ortasından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. 

Fərdi layihənin müəllifi Arzu İbrahimovadır.

Layihədən Bakı şəhəri Binəqədi, Xəzər, Sabunçu rayonlarında həssas təbəqədən olan yeniyetmə və gənclər yararlanacaq. Yaş qrupu 14-23 yaşı əhatə edən gənclərin ümumi sayı 200 nəfərdən artıq olacaqdır. Layihə çərçivəsində gənclərdən ibarət qrup təşkil edildi. Qrupun yaradılması üçün sosial şəbəkələrdə müsabiqə elan olundu. Müraciət edənlərdən 20 nəfərlik qrup formalaşdırıldı. İştirakçılarla teatr əasəslı təlimlər keçirildi.

"Teatr Əsaslı Təlim nədir?”, "Həmyaşıd Təhsili Nədir?”, "Obrazların yaradılması, Paylaşmaq, Nümayiş etmək”, "Tamaşada mesajın çatdırılması yolu” mövzuları öyrədildi, kiçik qruplarla səhnə planlaması, nümayiş, komandaların və mövzuların müəyyənləşməsi, final ssenarilərin yaradılması və səhnələşdirməsi hazırlıqları keçirildi.

Daha sonra ən yaxşı ssenari əsasında tamaşalar hazırlanacaq və müxtəlif sosial vəziyyətli yeniyetmə və gənclər arasında tamaşalar nümayiş olunacaq. Tamaşalarda səhnəciklər əsasən erkən nikahların qarşısının alınması sahəsində maarifləndirməyə, erkən nikahın yaratdığı tibbi, psixoloji, sosial və iqtisadi problemləri, onun insan sağlamlığına göstərdiyi fəsadlar barədə məlumat veriləcək. Tamaşalar videokamera ilə çəkilərək sosial şəbəklərdə yerləşdirilməklə mesajları daha geniş tamaşaçı kütləsinə çatdıracaq.

Layihənin məqsədi mxtəlif sosial qruplardan olan gənclər arasında erkən nikahların qarşısının alınması sahəsində maarifləndirməni gücləndirmək və gənclərin öz icmalarında ictimai fəaliyyətə cəlb olunmasını təmin etməklə bu problemin aradan qaldırılması üçün daha geniş əhalini cəlb etməkdir. Layihənin vəzifələri gənclər üçün teatr əsaslı təlimlərin təşkil olunması, təlimlər zamanı hazırlanmış sosial teatr tamaşalarının gənclər və yeniyetmelərdən ibarət kütlə qarşısında nümayiş etdirilməsi, gənclərin öyrəndiyi biliklərin öz icmalarında yayması, gənclərin öz icmalarında mövzu iə bağlı tədbirlər həyata keçirməsinin təmin olunmasından ibarətdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2016-cı ilin sonu yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR