Milli Məclisin iclasında bölgələrin vəziyyəti müzakirə olundu, mübahisə düzdü

img

11-05-2010 [12:44]


Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputatlar öncə Kür çayında suyun səviyyəsinin kəskin artması nəticəsində bir sıra rayonlarda yaranmış acınacaqlı vəziyyət barədə çıxış ediblər. Müzakirə zamanı deputatlar arasında mübahisə yaranıb. AVP sədri millət vəkili Fəzail Ağamalı bildirib ki, o, iki dəfə Neftçala və Salyan rayonlarında olub: "Əvvəlcə həmin rayonlarda o qədər də ciddi təhlükə yox idi, ancaq son günlər vəziyyət çox pisləşib. Hesab edirəm ki, bununla bağlı ciddi addımlar atılmalıdır. Kürün Xəzər dənizinə tökülən hissəsinin genişləndirilməsini təklif edirəm?. Deputat Pənah Hüseyn daünən Sabirabadda Kürün bəndinin dğılmasını xatıqladıb və dünəndən orda olduğunu bildirib. Bu gün səhər saat 5.00-da Sabirabaddan qayıtdığını deyən deputat rayonda acınacaqlı vəziyyətin yarandığını vurğulayıb. P.Hüseyn deyib ki, son 3 ildə Kürqırağı bəndlərin tikilməsinə ayrılan vəsait əvvəlki 30 ildə bu sahəyə yönəldilən maliyyədən çox olsa da, görülən iş nəzərə çarpmır. Deputat son günlər Kürün suyunun bir neçə dəfə azalıb-artmasını müəmma adlandırıb. Bunun heç də təsadüfi olmadığını vurğulayan Pənah Hüseyn bəndatma işlərində korrupsiyanın baş alıb getməsini istisna etməyib. Deputatın ittihamları narazılıq yaradıb. Spiker Oqtay Əsədov Pəhan Hüseynə "çıxış edəndə ədalətli danışın, hər şeyi korrupsiyada görməyiniz düzgün deyil. Camaat 24 saat işləyir. Dövlət başçısı fəlakət zonasına gedib. Sən isə bildiyini də, bilmədiyini də danışırsan" söyləyib. Deputat Qüdrət Həsənquliyev bildirib ki, Mingəçevir su anbarı ilə bağlı heç bir təhlükə yoxdur. O, anbarın tam nəzarətdə olduğunu bildirərək son günlərin hadisələrini təbii fəlakət hesab edib. Yap icra katibi, deputat Əli Əhmədov isə Kürdəki daşqınlardan müxalifətin siyasi məqsədlərlə istifadə etdiyini deyib, bunun düzgün olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA