AMiP məhkəməyə veriləcək və 25 min manat təzminat istəniləcək

img

10-05-2010 [04:11]


?6-7 may tarixlərində AMİP-in bəyanatını yayan KİVlərdə ?Müxalifətə qarşı tədbirlərə start verildi?, ?AMİP-in Binəqədi təşkilatı qərərgahından çıxarılır?, və s. yazılarda şərəf və ləyaqətimi təhqir edən, düzgünlüyü yoxlanılmayan böhtan xarakterli ifadələrə yol verilmişdir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Fizika-riyaziyyat elmləri doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqovun müraciətində yer alıb. Q.İsakov bildirir ki, 1992-ci ildən ailəsi ilə birlikdə KİV-lərdə göstərilən ünvanda birinci mərtəbədə yaşayır: ?Mənzilimin altındakı zirzəmi kiçik bir müəssisəyə icarəyə verilmişdi. Zirzəmiyə gələnlər daimi səs- küy salmış, qanuna və milli mentalitetimizə zidd hərəkətlər etmişdilər. 2001-ci ildə binamızın sakinləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şikayət ərizəsi ilə müraciət etdilər. Bakı şəhər İcra Hakimiyyəti 09.11.2001-ci il tarixli Kl-1701 saylı sərəncamla Binəqədi rayon XDS İK-nin 19/484 saylı sərəncamının ləğv olunması üçün Binəqədi rayon İcra başçısına göstəriş verdi. Bakı şəhər İcra Hakimiyyətinin Binəqədi rayonunun o zamankı icra başçısı Hüseyin Hüseynova və mənə ünvanlanan məktubunda gələcəkdə də zirzəmimizin zəbt olunmasının qarşısını almaq tapşırılmışdı. Əmlak Komitəsinin keçmiş rəhbərliyi, yəni Fərhad Əliyev Hacıbala Abutalıbovun sərəncamına əhəmiyyət verməyərək, zirzəmimizi AMİP-in Binəqədi rayon şöbəsinə icarəyə verdi. AMİP-in bəyan etdiyi və KIV-də yaydığı yazılarda isə mən iddiaçı olaraq ?qabaqcadan öyrədilmiş şəxs? kimi təqdim edilmişəm. ?Olaylar? informasiya agentliyinə məlumat verən AMİP-in mətbuat və təbliğat katibi Əli Oruclu isə ?qabaqcadan öyrədilmiş şəxs?in Qüdrət İsaqov olduğunu deyib. Zirzəmimiz AMİP-ə icarəyə verildiyi 10 il müdədtində gecə və gündüzümüz olmayıb. Səs-küydən başımız gedib və cəhənnəm əzabı çəkmişik. Bu barədə binamızın bir qrup sakini də məhkəmədə ifadə verdi. Binamızın çoxsaylı digər sakinlərinin də məhkəməyə müraciət etmələri sübut edir ki, məni heç kəs öyrətməyib. İndi məhkəmələrə zirzəmilərin qeyri-qanuni olaraq kənar şəxslərə icarəyə verilməsi haqqında kifayət qədər iddia ərizələri daxil olub. İddiaların əksəriyyəti 1-ci mərtəbədə yaşayan iddiaçıların xeyrinə həll edilir. ƏMDK bağladığı yeni icarə müqavilələrini zirzəmilərin bilavasitə üstündəki birinci mərtəbələrin sakinləri ilə bağlayır ki, gələcəkdə narazılıqlar olmasın, milli mentalitetimizə zidd hərəkətlərin qarşısı alınsın. Qeyd etməliyəm ki, məhkəmə prosesi 2 ay yarım davam etdi və 6-ya yaxın iclas keçirdi. AMİP-in iddia etdiyi kimi məhkəmə sifarişli olsaydı məhz 15-20 günə və 1-2 iclasa qurtarardı. Mənim qanunlara hörmət etməyən heç kəsdən və hər hansı bir təşkilatdan heç nə öyrənməyə ehtiyacım yoxdur. Belələrini mən özüm öyrətməyə hazıram! Məhkəmədə isə Konstitusiyamıza, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Nazirlər Kabinetinin müvafiq qərarlarına, uyğun işlər üzrə digər məhkəmə qətnamələrinə, AMİP-lə ƏMDK arasında bağlanmış icarə müqaviləsinin 6 il bundan öncə bitməsinə və s. əsaslanaraq iddia qaldırmışdım. İddiam qanunlara əsaslandığından Xətai rayon məhkəməsinin hakimi İlqar Qaralov AMİP-lə ƏMDK arasında bağlanmış və icarə müddəti 6 il bundan əvvəl bitmiş icarə müqaviləsinin ləğv edilməsi haqqında qətnamə oxudu. AMİP-in məhkəmədə iştirak edən nümayəndəsi isə öz əks arqumentlərində və çıxışında heç bir qanuna əsaslanmadı. Ona görə də AMİP-in KİV-də yaydığı ?AMİP hakimiyyətdən öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün məhkəmələrdən alət kimi istifadədən əl çəkməsini... tələb edir.? ifadəsi də mənə qarşı bir təhqirdir. AMİP-in bu bəyanatı parlament seçkiləri ərəfəsində məni nüfuzdan salmağa yönəlmiş böhtandır. Çünki mən özüm də deputatlığa namizəd kimi parlament seçkilərində iştirak edəcəyəm. Şərəf və ləyaqətimi təhqir etməklə mənə mənəvi zərbə vuran AMİP-i məhkəməyə verəcəyəm və AMİP-in mənə 25 min manat təzminat ödəməsi haqqında iddia qaldıracağam.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA