AMiP rəhbərliyi ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüzüblər

img

13-05-2010 [04:22]


Bu gün AMİP-in müvəqqəti qərargahında partiya rəhbərliyinin ABŞ-ın ölkəmizdəki səfirliyinin Siyasi Məsələlər üzrə müşavirləri xanım Coanna Qanson və xanım Ceymi Smitlə görüşü keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əsas müzakirə predmeti ABŞ-Azərbaycan əlaqələri, ölkədəki mövcud sosial- iqtisadi, siyasi durum və Dağlıq Qarabağ problemi olub. Görüş zamanı səfirlik nümayəndələrinə partiyanın fəaliyyəti, seçkiöncəsi hazırlıq işləri, görüləcək işlər barədə geniş məlumat verilib.Eyni zamanda Azərbaycanda insan haqları, azad söz, fikir plüralizmin vəziyyəti, demokratik təsisatlara münasibət qonaqların diqqətinə çatdırıb. O, da vurğulanıb ki, azad rəqabət, normal seçki mühiti yaradılmadan ölkədə ədalətli seçkilər keçirmək mümkün deyil və bu faktorlar cəmiyyətin siyasi fəallığının artmasına ciddi təsir göstərir. Xanım C.Qanson və xanım C.Smit isə ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ölkələrinin maraqlı olduğunu bildiriblər. Qeyd ediblər ki, Birləşmiş Ştatlar Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir və bu sahədə ölkələri hər cür dəstək verməyə hazırdır. ABŞ səfirliyinin nümayəndələri, həmçinin, Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq normalarına və prinsiplərə uyğun çözüləcəyinə ümidlərini ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. AMİP-in müvəqqəti qərargahında keçirilən görüşdə partiyanın Baş Katibi Fuad Muxtarov, Qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsinin sədri, Siyasi Şura üzvü Arzuxan Əlizadə, Təşkilat Katibi Nazim Ələsgərov, Mətbuat və Təbliğat Katibi Əli Orucov, Bələdiyyələrlə iş üzrə Katib Elşən Mustafayev, Beynəlxalq əlaqələr üzrə Katib Yusif Bağırzadə iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA