BAXCP-nin Ali Məclisinin növbəti sessiyası keçirilib

img

08-05-2010 [05:51]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ali Məclisin sədri Mikayıl Rəhimov gündəliyə ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və cari məsələlərin müzakirəsinin təklif olunduğunu bildirib. BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxışında diqqəti daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə yönəldib. Q.Həsənquliyev bildirib ki, Madrid prinsipləri bütövlükdə Azərbaycanın maraqlarına cavab vermir və hökumət ərazilərimizin işğaldan azad edilməsi istiqamətində daha çevik siyasət yürütməlidir. Sessiyada BAXCP-nin parlament seçkilərində iştirak edəcəyi də vurğulanıb. Partiyanın baş katibi, Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev deyib ki, təmsil etdiyi qurumda 72 nəfərin namizədliyi qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA