?Azadlıq? blokunun nümayəndələri Bakı Şəhər Baz Polis idarəsinə çağırılıb

img

14-05-2010 [02:53]


Xəbər verildiyi kimi, sabah ?Azadlıq? bloku Nərimanov kinoteatrı qarşısında icazəsiz aksiya keçirmək niyyətindədir. Bu gün aksiya keçirmək istəyən müxalifət partiyalarının nümayəndələri bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. AXCP Ali Məclisinin sədri Həsən Kərimovun verdiyi məlumata görə, onu bloka daxil olan ALP, VİP nümayəndələrini bu gün saat 18:00-a Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar: ?Saat 18.00-da orada olacağıq, Əvvəlcədən verdiyimiz qərara uyğun mövqeyimizi bildirəcəyik. Orda da öz sözümüzü deyəcəyik?. H.Kərimov onu da bildirib ki, istənilən halda aksiyalarını keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA