Gəncə Beynəlxalq Uşaq Klubunun açılışı oldu - Elmar Vəliyevdən yeni vədlər

img

18-10-2016 [18:30]


Gəncədə Azərbaycanın Dövlət Müstəqilli Günü münasibəti ilə Gəncə Beynəlxalq Uşaq Klubunun açılışı olub.

Mia.az-a verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələri də yenidən qurulur. Gəncə Beynəlxalq Uşaq Klubu da onlardan biridir.

Elmar Vəliyev diqqətə çatdırıb ki, Gəncə şəhərində növbəti ay daha bir uşaq bağçasının açılışı olacaq. 2017-ci ildə də məktəblərin və uşaq tərbiyə müəssisələrinin təmiri davam etdiriləcək. Qeyd edib ki, ilin sonuna qədər 4 məktəb, 4 peşə məktəbi, 1 ingilis dili təmayüllü internat tipli məktəbin açılışı olacaq.

Açılış mərasimində fidanların rəngarəng rəqslərinə tamaşa olunub. Balacaların çıxışları alqışlarla qarşılanıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR