17-10-2016 [22:34]
2015-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu.
Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun "sağ əli” və "kassiri” sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında həbs olundu. Və MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq əşyayi-dəlillər götürülüb.

Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış, yoxsa?...
Virtualaz.orgxəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb.İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, "vurucu-əzici xassəyə malik soyuq silahdır”, təyinatı üzrə istifadəyə yararlıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki,Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb.
Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.

İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.
Beləliklə, məlum olur ki,Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz.Lakin Mahmudovun işdən çıxarılmasından vəMTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...
Virtualaz.org
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR