Cahangir Hacıyevin bacanağına hökm oxundu - 7 il həbs cəzası

img

08-10-2016 [13:03]


Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ.Hidayətrzadə 7 il müddətə azadlıqdan məhrum edilib(Lent.az).

Qeyd edək ki, Beynəlxalq Bankla bağlı cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs edilib. İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə  "İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.

İsmayıl Hidayətzadə barəsində olan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA