“Tsıqan” ləqəbli "vorzakon"a 20 il iş verildi

img

06-10-2016 [16:55]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub. O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA