13-10-2016 [19:25]
"Akif Çovdarovun səhhəti ağırlaşıb. Onu müayinə edən həkimlər özünə deyiblər ki, növbəti məhkəmə prosesində iştirak etməsi sual altındadır. Sonuncu dəfə görüşdə Akif Çovdarov bizə dedi ki, səhhətinin ağırlaşması bu şəkildə davam edərsə, onun məhkəməyə getməsi mümkün olmayacaq”.
Mia.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.
Müvəkkilinin səhhətinin günü-gündən ağırlaşdığını bildirən K.Nəsibov söyləyib ki, bu vəziyyəti təcridxananın həkimləri də təsdiq edir:
"Akif Çovdarovu sonuncu dəfə 29 sentyabr 2016-cı il tarixdə müayinə edən Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin hospitalının həkim-kordioloqu da bildirib ki, müvəkkilimin vəziyyəti çox ağırdır və onun ürəyi edilən müalicələrə artıq heç bir reaksiya vermir. Dərmanların heç bir təsiri yoxdur. Həkim-kordioloq da bildirdi ki, bu vəziyyəti Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəhbərliyinə çatdıracaq. Akif Çovdarov ixtisaslaşmış müasir tibb müəssisəsində normal şəraitdə müalicə olunmalıdır. Təəssüf ki, buna icazə vermirlər".
K.Nəsibov onu da əlavə edib ki, artıq A.Çovdarovun qaraciyərində də ciddi problemlər yaranıb. Vəkilin sözlərinə görə, Akif Çovdarov hər gün 25-dən çox müxtəlif dərman qəbul edir:
"Bunun nəticəsində qaraciyəri tamamilə məhv olma dərəcəsinə gəlib çatıb. Bu dərmanların bir hissəsi ürəyi ilə bağlı həkim tərəfindən yazılmış dərmanlardır. Qalanı isə ağrıkəsici dərmanlardır. Həkim-kordioloq tərəfindən yazılmış dərmanlar heç bir köməklik göstərmədiyindən ürəyinin ağrısı həddən artıq əziyyət verir. Bu səbəbdən də gün ərzində məcburən hər saat ağrıkəsici dərmanlar atmalı olur.
Müvəkkilim məlum olduğu kimi, həmçinin xərçəng xəstəliyindən də əziyyət çəkir. Ancaq bununla bağlı ümumiyyətlə, heç bir tədbir görülmür. Nə Akif Çovdarovu həkim-ankoloqla təmin edirlər, nə də imkan verirlər ki, öz vəsaiti hesabına həkim-kardioloq tərəfindən müayinə olsun”.
K.Nəsibov sözlərinə görə, Akif Çovdarov ona deyib ki, həm Penitensiar Xidmət, həm də Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəhbərliyi onun səhhətinin kəskin dərəcədə ağır olduğunu və hər an ölə biləcəyini çox gözəl bilir.
"Gün ərzində vəziyyətimlə maraqlanırlar, lakin səhhətimin yaxşılaşması ilə bağlı isə heç bir tədbir görmürlər. Faktiki olaraq hər gün öləcəyimi gözləyirlər. Mənim əziyyət çəkdiyim xəstəliklərdən ölməyim heç kimi maraqlandırmır, əksinə sanki qəsdən buna şərait yaradılır. Yeganə nəzarətdə saxlanılan məsələ mənim özümə qəsd etməyim və ya xəsarət yetirməyimlə bağlıdır. Nəzarət edirlər ki, buna imkan verməsinlər. Bu səbəbdən də daim təcridxananın əməkdaşları tərəfindən nəzarətdə saxlanılıram” – deyə, Akif Çovdarov vəklinə bildirib.
Xatırladaq ki, növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.
Qeyd edək ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR