"Mən heç kimdən qorxmuram" - Mananadan adının Çovdarovla hallanmasına reaksiya

img

16-09-2016 [23:25]


Keçmiş MTN generalı Akif Çovdarovun müğənnilərlə olan əlaqəsi yenidən xəbər manşetinə çevrilib. 

Mia.az xəbər verir ki, adı həbsdə olan Çovdarovla hallanan Manana Çaparidze isə Gununsesi.info-ya açıqlama verərək,  Akif Çovdarovla heç bir əlaqəsinin olmadığını bildirib.

İfaçı Akif Çovdarovla həmyerli olmalarından irəli gələrək, əlaqələrinin yaranması xəbərinə  sərt reaksiya verib: "Nə olsun ki, Çovdarov gürcüstanlıdır. O, gürcüstanlıdır deyə, deməli, mənimlə əlaqəsi olmalıdır? Artıq söz-söhbətdən yorulmuşam. Bununla bağlı soruşublar, mən də  cavab vermişəm. Artıq açıqlama verməyəcəm, heç nə deməyəcəm. Mən heç kimdən qorxmuram, vəssalam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR