13-09-2016 [15:27]
Bu gün partiyanın mərkəzi qərargahında Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun yeni tərkibdə növbəti iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyai vəziyyət, partiynın Ali Məclisinin növbəti iclasının çağrılması barədə, eləcə də ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə edilib.
Təşkilatın nizamnaməsinə müvafiq olaraq partiya başqanının təqdimatı əsasında Siyasi Qurulun yeni tərkibinin formalaşmasından sonra gerçəkləşən ilk iclasda BQP başqanı iştirakçılar qarşısında geniş məruzə ilə çıxış edərək qurutaydan sonrakı müddət ərzində görülən işlər və partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasda milli valyutanın yenidən sürətlə dəyərdən düşməsinə münasibət bildirilib.
Qeyd edilib ki, "Manatın yenidən "reanimasiya" masasında olması rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərqin getdikcə artmasında özünü göstərməkdədir.:
"Valyuta mübadiləsində satışın əsas dövriyyəsi qara bazarlara transfer olunub. Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorundakı ixracatda yaranmış acınacaqlı vəziyyətdə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yalnış reaksiyasında axtarmaq lazımdır. Yetərli valyutanı qazanmaq üçün rəqabətə davamlı, yüksək texnologiyalı, innovativ mallar istehsal etmək və yüksək xidmətə nail olmaq lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsindən asılıdır”.
Siyasi Qurul eyni zamanda qeyd edib ki, Mərkəzi Bank valyuta bazarında təzyiqi azaltmağa yönələn təxirəsalınmaz tədbirlər həyata keçirməli, bazarda valyuta təklifini çoxaltmalı, hökumətin müvafiq strukturları isə istehlak bazarında xaricdən idxal olunan malların yerli məhsullar hesabına əvəzlənməsinə yönələn təşviqedici siyasətlə valyutaya tələbatı azaltmalıdır: "Bir sözlə daha acınacaqlı iqtisadi və sosial vəziyyətin yaranmaması üçün vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır”.
Siyasi Qurul Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində DAEŞ və digər terror təşkilatlarına qarşı Azad Suriya Ordusu ilə birgə aktiv hərbi əməliyyatlara əl atmasını qardaş ölkənin sərhədyanı əhalisinin təhlüksizliyinin təmin edilməsi, Türkiyənin milli çıxarları əleyhinə yönələn və ölkənin ərazi bütövlüyünü real təhdidlərlə qarşı-qaşıya qoymağa çalışan geosiyasi planların önlənilməsi baxımından müsbət qiymətləndirib və bu istiaqmətdə bundan sonra da atılacaq addımlara dəstək ifadə edilib.
İclas, son zamanlarda Türkiyə-Rusiya münasibətlərində müşahidə edilən normallaşma prosesini qonşu və dost ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığa söykənən etimad mühitinin yaranması və bütünlüklə bölgənin iqtisadi və siyasi sabitliyinə zəmin yaratması baxımından müsbət dəyərləndirib.
Siyasi Qurul qarşıdakı ayda partiyanın Ali Məclisinin növbəti iclasının çağrılmasını haqqında qərar qəbul edib və iclasın gündəliyi, müzakirə ediləcək məsələlər barəsində qərar layihələrinin hazırlanması və vaxtının dəqiqləşdirirlməsini qurumun işçi orqanına həvalə edib.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb