Partiya sədri Azərbaycan xalqını təbrik etdi

img

10-09-2016 [13:54]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Mia.az həmin təbrik mətnini təqdim edir: 

"Əziz, bacı qardaşlarım, hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir. Arzum budur, bu müqəddəs bayram Sizə bol ruzi, firavan həyat gətirsin. Bütün xalqımıza əmin-amanlıq, dövlətimizə dayanıqlı gələcək arzulayıram. Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Allah kəsilən qurbanları qəbul etsin

Qurban bayramınız mübarək olsun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA