10-09-2016 [13:35]
"Dünən bizim Qarabağ düyününün açılması üzrə yaradılmış ATƏT-in Minsk qrupunun aparıcı simaları olan Rusiya və Amerika dövlətinin xarici siyasət idarələrinin rəhbərləri yenidən bir araya gəldilər. 15 saata yaxın dünyada baş verən prosesləri müzakirə edən Con Kerri və Sergey Lavrov nədənsə heç 15 dəqiqə vaxt da Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə sərf etmədilər?!".
Mia.az xəbər verir ki, bu sözləri hərbi məsələlər üzrə ekspert Üzyir Cəfərli deyib.
Onun sözlərinə görə, ən azından verilən xəbərlərdə bu diplomatların sırf Suriya məsələsinə dair "çevir tatı, vur tatı" etdikləri bildirilir:
"Xatırladım ki, bu ilin aprelin əvvəllərində bu cənablar Qarabağda baş vermiş məlum hadisələrdən sonra, "həftə səkkiz, mən doqquz" telefonla Qarabağ münaqişəsinin guya həlli üzrə hansısa danışıqlar apardığı haqqında məlumatlar verirdilər.
Artıq Qarabağ məsələsi bunlar üçün o qədər də əhəmiyyətli deyil. Yəqin ki, belə olmasaydı, bu iki diplomat yarım gündən çox müddət ərzində apardıqları danışıqlar zamanı heç olmazsa bir az da 20 ildən artıq müddətdir davam edən, Rusiyanın hiyləgərliyi nəticəsində həlli uzadılan Qarabağ məsələsini də dilə gətirərdilər.
Mənə elə gəlir ki, bunlar Suriyada olduğu kimi gözləyirlər ki, Qarabağda yenidən aktiv döyüş əməliyyatları başlansın, ölən və yaralananların sayı minlərlə olsun, ondan sonra bəlkə vicdanları oyana. Aprelin əvvəllərində düşmən tərəfi demirəm, çünki onlara haqq olur özgə torpaqlarında ölmək, bizim lay divar kimi igid və qəhrəman zabit və əsgərlərimiz həyatlarını qurban verdilər.
Məhz onların igidliyi və qəhrəmanlıqları, şücaəti nəticəsində 20 ildən artıq bir müddətdə ATƏT və BMT-nin, digər irili-xırdalı beynəlxalq qurumların bivec siyasətbazlarının edə bilmədiklərini Azərbaycan Əsgəri bir neçə saat içində etməyi bacardı.
Xatırlayırsınızsa, o günlər hamı bərk əl-ayaqda idi ki, Azərbaycan Ermənistanı sərt şəkildə cəzalandırma əməliyyatına başlayıb. Putindən tutmuş ta digər irili-xırdalı siyasətçilərə qədər hamı söz verdi ki, Qarabağla bağlı hansısa addımlar atılacaq. Bəli, atıldı, amma namərd və xain bir addım oldu onlar tərəfindən. Onlar prosesi yenə dondurdular və indi də gündə bir "nağıl" uydururlar".
Ekspert təəssüflənir ki, bizim bəzi siyasətçi, politoloq və ekspertlər də bəh-bəhlə Qarabağın tezliklə işğaldan azad ediləcək rayon və şəhərlərini durmadan saymaqla məşğuldurlar:
"Vallah, belə gedişlə, mən inanmıram ki, Qarabağ düyünü açılsın. Və bu işi tormozlayan qüvvələri də, nəhayət, biz, öz adı ilə çağırmalıyıq. Bu, Rusiya, ABŞ və onların yaxın çevrələridir. Bu qüvvələr öz ziddiyətli davranış və hərəkətləri ilə daha çox işğalçı Ermənistanın maraqlarını təmsil edirlər. Hər dəfə dediyim sözü bu gün də, təkrar etmək məcburiyyətindəyəm: Ümid Sənədir ancaq, Azərbaycan Əsgəri!!".
Mia.az
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb