09-09-2016 [22:25]
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis yığıncağını keçirilib.
Mia.az xəbər verir ki, yığıncaqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələləri dialoq yolu ilə həll etmək mümkündür: "Platforma informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək”.
A.Quliyev deyib ki, platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri təsisatın reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti koordinator tərəfindən əlaqələndiriləcək: "Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin tədbirdə iştirak edir və parlamenti təmsil edir. Bu, Milli Məclisin Platormanın yaradılmasında maraqlı olduğunu göstərir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir.
Ə.Hüseynli təəssüf hissi ilə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq bir qədər zəifdir: "Bugünkü etimad mühitindən bir qədər səmərəli istifadə etmək lazımdır. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mexanizmin qurulmasına xidmət edir. Ölkədə iqtisadi islahatlarla bağlı addımlar atılır, burada vətəndaş cəmiyyətinin rolu xüsusidir. Bir daha qeyd edirəm ki, bu işdə vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığı zəifdir. Əməkdaşlıq mühitini genişləndirməklə fəaliyyəti səmərəli etmək lazımdır”.
Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə koodinatoru Vüsal Hüseynov "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı məlumat verib. O bildirib ki, "Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” səmərəli, çevik mexanizm olacaq.
Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək yeni təsis edilən platforma ilə bağlı fikirlərini bildiriblər.
Çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, qrant almaqdan məhrum ediliblər. Biz o qrantlarla çox iş görürdük: "Vətəndaş cəmiyyətinin bu gün ən böyük bəlası odur ki, siz bizi bundan məhrum etmisiz. Bizim əsas məsələmiz rayonlara getmək, bələdiyyələrlə işləmək, qadınların hüquqlarını qorumaq və sairə bu kimi işlərdir. Qadınlarla bağlı yeni qanunlar qəbul edilib, ancaq biz onu regionlara çatdıra bilmirik. Yenə də həmin zorakılıq var, erkən nikahlar artıb. Aldığımız 12-13 min pulla bu məsələləri həll etmək olmaz. Ona görə çox xahiş edirəm, bu platformada qrant məsələsinə də yer ayrılsın. Onsuz da qrantlar ayrılır. Ayrı şəhərlərdə hesablar açılır. Həmin pulları alıb vergini də Gürcüstana, Vilnüsə verirlər. O vergilərdən də bizim hökumət xaric olunub. İcazə verin o qrantlar burada alaq”.
Ə. Hüseynli isə buna cavab olaraq bildirib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-hökumət təşkilatlarına nəzarət mexanizmi var: "Qanunlara dəyişiklik edərkən məqsədimiz hansısa qeyri-hökumət təşkilatının fəaliyyətini məhdudlaşdırmaq deyil. Biz bu fəaliyyətin şəffaf olmasına çalışırıq. Qeyri-hökumət təşkilatı adı altında elə qurumlar var ki, çirkli pulların yuyulmasına xidmət edir. Qanunla vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem yaratmır. Bütün hallarda bu məsələ müzakirə ediləcək, yəni, çalışacağıq ki, qanunlara edilən dəyişiklik vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem olmasın”.
Tədbirdə "Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması”nın yaradıldığı elan edilib. Platformanın fəaliyyəti informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai təşkilatçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etməkdən ibarət olacaq.
Yığıncaqda platformanın reqlamenti də qəbul olunub. Reqlamentə əsasən, platformanın iclasları iki ayda bir dəfədən az olmamaq şərtilə koordinator tərəfindən çağırılır. Bundan əlavə, platformaya müraciət edən dövlət oranlarının, qeyri-hökumət təşkilatlarının müraciətləri cavablandırılacaq.
Əliməmməd Nuriyev platformanın koordinatoru seçilib. (Müsavat)

Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb