09-09-2016 [17:47]
Beynəlxalq Diaspor Mərkəzi İdarə Heyətinin iclası keçirilib.
İclasda BDM-ə Dərbənddən ünvanlanan müraciət müzakirə olunub.
Mərkəzdən Mia.az -a daxil olan məlumata görə, Dərbənddəki son durumla bağlı BDM xüsusi açıqlama yayıb.
Həmin açıqlamanı kiçik ixtisarla təqdim edirik:
"Dərbənd azərbaycanlılarından Beynəlxalq Diaspor Mərkəzinə (BDM) müraciət daxil olub.
Müraciətdə 20 ildən artıqdır ki, öz doğma ata-baba torpaqlarında yaşayan soydaşlarımıza qarşı müxtəlif yollarla təziq və sıxıçdırılma siyasəti aparıldığı qeyd edilir. Dərbənd şəhərində anti-Azərbaycan siyasətinin son illər daha da kəskinləşdiyi və prosesin belə getdiyi halda yaxın illərdə azərbaycanlıların öz doğma şəhərlərində yaşamaq imkanları belə ciddi təhlükə altına düşəcək.
Müraciətdə qeyd olunur ki, azərbaycanlıların Dərbənd şəhər rəhbərliyində təmsil olunmamaqdadırlar, hətta son dövrlər bir sıra kiçik vəzifələrdə işləyən azərbaycanlılar da vəzifələrindən kənarlaşdırılıblar. Onların yerinə digər millətlərdən olan nümayəndələr vəzifələrə gətirilir.
Hansı ki, həmi şəxslər əslən Dərbəndli belə deyillər və onları bu şəhərlə bağlayan heç bir səbəb yoxdur.
Müraciətdə qeyd olunur ki, Dərbənddə anti-Azərbaycan siyasəti geniş vüsət almış, Azərbaycanlıların milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi məhdudlaşdırılmaqda və hətta son zamanlar Azərbaycan dəyərləri təhqir olunmaqdadır.
Dərbənd şəhərində Nizami parkının bərbad vəziyyətdə olması, Azərbaycan teatr binasının göz görə-görə dağıdılması, azərbaycanlıların kompakt yaşadığı qədim məhəllələrdə infrastruktur və sosial problemlərin həll edilməməsi Dərbənd şəhər rəhbərliyinin və federal rəhbərliyin soydaşlarımıza qarşı münasibətin bariz nümunəsidir.
Şəhərin maliyyə strukturu, mədəniyyət, təhsil, tibb, torpaq və hətta gənclər siyasəti ilə bağlı şöbələri ləzgiləşdirilmiş, bu şöbələrdən azərbaycanlı kadrların çıxarılması ilə yanaşı, Azərbaycan dilinə də qadağa qoyulmuş və işlək dil kimi ləzgi dili geniş vüsət almışdır. Azərbaycanlıların şəhər rəhbərliyinə, deputat korpusuna namizədliklərinin irəli sürülməsinə maneələr yaradılır və müxtəlif vasitələrlə namizədliklərinin geri götürülməsinə təziqlər edilir. Dəfələrlə federal rəhbərliyə çoxsaylı müraciətlərin edilməsinə baxmayaraq Dərbənddə anti-Azərbaycan siyasəti durdurulmaq əvəzinə gündən-günə daha da geniş vüsət alır.
Mərkəzimizə ünvanlanan müraciətdə həyəcan təbili çalınmaqdadır.
Qeyd edək ki, Rusiya Federasiyasının qanunlarına əsasən Dərbənd şəhəri etnik Azərbaycan şəhəridir. Bu baxımdan şəhərin idarə edilməsi sistemində əvəllər olduğu kimi etnik Azərbaycanlılar üstünlük təşkil etməlidir.
BDM olaraq Dərbənddəki son durumla bağlı ictimaiyyətimizi məlumatlandırmağı özümüzə borc bilməklə yanaşı, müvafiq dövlət strukturlarımızı, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızı soydaşlarımızın taleyinə biganə qalmamağa çağırırıq və öz ata-baba yurdunda yaşayan xalqımıza qarşı aparılan anti-milli siyasətin Rusiya federasiya rəhbərliyi tərəfindən təcili müdaxilə edilməsi üçün tədbirlər görülməsini tələb edirik".
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb