09-09-2016 [14:05]
1979-cu ilin dekabrında Əfqanıstan prezidentinin "Tac-Bəy” iqamətgahına silahlı hücum baş verdi. Dövlət başçısı Hafizullah Əmin öldürüldü.
Tarixi mənbələr xəbər verir ki, qətlə yetirilənlər arasında prezidentin iki azyaşlı oğlu da vardı. Onları sonradan adsız məzarlarda dəfn etdilər. Prezidentin hücum zamanı sağ qalan arvadı və qızı bir müddət Kabil həbsxanasında saxlanıldı. Lakin sonradan onlar SSRİ-yə üz tutdular.
Sovet ordusunun Əfqanıstana müdaxiləsindən azca əvvəl baş vermiş bu hadisədə azərbaycanlıların iştirakı barədə ümumiyyətlə danışılmayıb. Uzun illər bu fakt KQB arxivlərində, necə deyərlər, toz udub.
"Fırtına-333” əməliyyatı tam məxfilik şəraitində hazırlanmışdı. Prezident H.Əminin iqamətgahına həmlə üçün sovet hökumətinin öz məntiqinə görə səbəbləri vardı.
Üzdə SSRİ-ni dəstəkləyən əfqan dövlət başçısı ölkədə avtoritar hakimiyyət yaradır, müxaliflərini, o cümlədən sələfi N.Tərakini, bir-bir aradan götürür və Qərblə gizlicə anlaşırdı.
SSRİ xarici işlər naziri Qromıko ilə görüşən H.Əmin (Fotoda sağda)
Göz görə-görə Əfqanıstanın əldən çıxması faktı qarşısında qalmış sovet rəhbərliyi müdaxilə barədə qərar qəbul elədi. Xüsusi xidmətlərin hərbi qruplarından başqa, Əfqanıstana gizli şəkildə "müsəlman batalyonu” yeridildi. Bu qrupdakı hərbiçilər əslən orta asiyalı idi.
Lakin təxribat qruplarının gəlişindən çox-çox əvvəl "Tac-Bəy” sarayına KQB casusları yeridilmişdi. Onlardan biri azərbaycanlı idi (sarayda ondan başqa iki rus ofisiant qadın da çalışırdı).
"Tac-Bəy" sarayı hücumdan sonra
Mixail Talibov (yəqin ki, Talıbov) haqda Qərbə qaçmış KQB zabitləri və xarici kəşfiyyat mütəxəssisləri bir-birindən azca fərqli məlumatlar verirlər. Elə Rusiya mənbələrində də bir-birinə zidd məlumatlar çoxdur. Lakin bu şəxsin Azərbaycanın cənub rayonlarından birindən olması və H.Əminin sarayında aşpaz işləməsi faktını hamı təsdiqləyir.
"Fırtına-333”ün həyata keçirildiyi gün baş verənlər barədə də ikili rəy var:
Bir fərziyyəyə görə, 1979-cu il dekabrın 27-də H.Əmin M.Talibov tərəfindən zəhərlənək ölüb; ikinci fərziyyə görəsə, prezident zəhərlənib, səfirlikdəki sovet həkimləri köməyə çağırılıb və onların yardımı ilə H.Əmin azca özünə gəlib. Yalnız bundan sonra saraya hücum olub və H.Əmin sovet kəşfiyyatçıları tərəfindən güllələnib.
Yeri gəlmişkən, prezidentin mühafizəçiləri sovet kəşfiyyatçılarına layiqli müqavimət göstərib. Ümumi itki iyirmi nəfər təşkil edib.
"Tac-Bəy”də aşpaz işləyən M.Talibovun da məhz atışma zamanı həlak olduğu iddia olunur. Əsas fərziyyəyə görə, onu prezident qvardiyasının əsgərləri güllələyib. Lakin M.Talibovun adı itkilər siyahısında, nədənsə, yoxdur.
"Fırtına-333”ün uğurlu nəticəsindən sonra bir sıra şəxslər mükafatlandırılıb. M.Talibov bu siyahıda da yoxdur. Əvəzində Kabildə qeyri-leqal rezidentlərə dəstək qrupunun rəhbəri İsmayıl Murtuza oğlu Əliyevin adı var. Güman ki, M.Talibovun prezident sarayına yeridilməsində onun "barmağı” olub.
İsmayıl Əliyev bu əməliyyata görə "Qırmızı Ulduz” ordeni ilə təltif edilib.
Ötən əsrin 70-80-ci illərində İranda sovet xəfiyyəsi olmuş Vladimir Kuzmiçkin"KQB-də” kitabında qeyd edir ki, "M.Talibov fars dilini bilirdi və Kabildə artıq bir neçə il idi ki, yaşayırdı. Saxta sənədlərlə Hafizullah Əminin sarayında aşpaz kimi işə düzəlmişdi. Ona verilən tapşırıq H.Əmini zəhərləmək idi. Lakin Əfqanıstan prezidenti tez-tez yeməkləri və paltarlarını dəyişirdi, sanki zəhərlənəcəyini əvvəldən duymuşdu…”.
Strateq.az
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb