08-09-2016 [19:24]
"Düşünmürəm ki, Akif Çovdarov sabiq nazirliyin agentura şəbəkəsini ifşa etsin və ya edə bilsin. Çünki bu, cəsarət tələb edir, belə cəsarət isə Çovdarovda yoxdur. Hətta açıqlasa belə, heç nə baş verməz”.
Bu haqda Gununsesi.info-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu fəaliyyəti dayandırılmış MTN-nin sabiq generalı, hazırda həbsdə olan Akif Çovdarovun agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı onun məlum açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Çovdarov və həbs edilən digər şəxslər rəhbərlikləri dövründə o qədər kobud və cinayətkar üsullarla işləyiblər ki, onların bütün agentura şəbəkəsi deməsələr belə, onsuz da bəllidir: "Hansı agentə nə qədər veriblər, onlara hansı çirkli işləri gördürüblər, bunu əksəriyyət artıq bilir. İctimai-siyasi sektorda olanlar haqda məlumatlar kifayət qədərdir. Sadəcə, o, hazırda "boğulan saman çöpündən yapışır” prinsipindən hərəkət edir. Çovdarov çalışır ki, şantaj yoluyla özünü düşdüyü vəziyyətdən xilas etsin. Çünki o, öz keçmiş rəhbərinin və cinayət ortağının tapşırıqlarını icra edib. Düşünür ki, bu yolla gündəmi zəbt edən mövzular çıxarıb, özünə qarşı yumşalmaya nail ola bilər. Ancaq qapalı nə qalıb ki..? Hər şey açılıb. Onlar Azərbaycan dövlətinin əməliyyat sirlərini xarici dövlətlərə satıblar. Bu haqda dövlət rəhbərliyi də hər şeyi bilir. Ona görə də daha açılası heç nə qalmayıb. Adam belə açıqlamarla ancaq özünü xilas etməyə çalışır. Yəni, şantaj yoluyla vaxtı uzadır. Onun çıxışları tamamilə məntiqsizdir. Çovdarov yalan deyir. O pulların hamısını büdcədən siliblər. Quldurluqla ədə etdikləri pulları da əgər agenturaya xərcləyiblərsə, o zaman Çovdarovun yüz milyonları haradandır? O, bəlkə də milyarderdir".
Ə.Oruclu deyib ki, A.Çovdarov hazırda Rusiyada oğurluq və fırıldaqlıqla əldə etdiyi pullarla ən böyük investisiyalara sahib olanlardan biridir: "Maasla yaşayan ciddi qurumun məmurunda bu pullar haradandır? O da bu pulları başqaları kimi maasla toplayıb? Yenə deyirəm, bunlar hamısı düşdüyü vəziyyətdən özünü xilas etmək üçün atılan addımlardır. Sadəcə, onlara qarşı qətiyyətli addımlar atılır və Çovdarov da ürəklənib müxtəlif üsullarla özünü xilas etməyə çalışır. Burada isə ciddi heç nə yoxdur. Əgər həmin hesabatı verə bilirsə, versin də… Bu adamın danışdıqlarının hamısı şantajdır. Ona görə də, ağzına gələni danışır. Çovdarovun peşəkar əməliyyatlardan xəbəri yoxdur. O adi bir qanqster, quldur olub. Onu belə ciddi bir orqanda gətirib, general-mayor rütbəsinədək çatdırıblar. İndi isə adam əsil qiyafəsinə qayıdıb. Çovdarov ciddi müzakirə predmeti ola bilməz. Ciddi müzakirə predmeti Çovdarovun arxasında dayanan sabiq nazir Eldar Mahmudov ola bilər. Eldar Mahmudov nə qədərki azadlıqdadır, Akif Çovdarov hələ çox şey sayıqlayacaq”.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb