08-09-2016 [17:47]
Murad CƏNNƏTOV,
YAP Sabunçu RT-nın idarə heyətinin üzvü
18 mart, 2009 - cu ildə baş tutan referendumdan artıq 7 il ötüb.
Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində canlanma öz əksini tapmışdır. İqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartmışdır.
İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız bütün Azərbaycanın uğurudur. Vaxtında doğru atılmış addım dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə dövlətimizin inkişafına səbəb olmuşdur.
Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 26 sentyabr, 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncə vaxtında atılmış doğru siyasətin ardıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri olan seçkilərdə iştirak edə biləcək vətəndaşların yaş həddlərinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi addımdır.
Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir vətəndaş üçün geniş imkanlar yaranır və bu dəyişiklik də digərləri kimi bilavasitə Respublikamızda müzakirə obyektinə çevrilən mühüm məsələlərin həllinə yeni prizmalardan yanaşılması, daha labüd qərarların qəbul edilməsini və s. müsbət xüsusiyyətlərini özündə təcəssüm etdirir.
Nəzər yetirsək, görə bilərik ki, Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətində biz gənclərə geniş imkanlar nəzərdə tutulmuşdur. Əgər Azərbaycan Respublikasının Milli Məclisinə qəbul olunmaq üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr, 2016 - cı il tarixində keçiriləcək referendumun qəbul olunacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaqdır.
Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.
Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. Artmaqda olan Azərbaycan dövlətinin nüfuzu özünü müvafiq olaraq ayrı-ayrılıqda ictimai, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə də ehtiva edir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərinin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsi baxımından 26.09.2016 – cı il tarixində baş tutacaq referendumun böyük əhəmiyyəti var.
Heç şübhəsizdir ki, son dərəcə geniş imkanları ilə seçilən, ölkəmizin inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb