"Ən böyük səhvimdir" - İvanişvili prezidenti aşağıladı

img

08-09-2016 [17:01]


Gürcüstanın hakim "Gürcüstan arzusu” partiyasının qeyri-rəsmi lideri, milyarder Bidzina İvanişvili Gürcüstan prezidenti Georgi Marqvelaşvilini özünün ən böyük səhvi adlandırıb. 

Bu barədə o, Zuqdididə media nümayəndələri ilə görüşdə deyib.

O, bu səhvinə görə ictimaiyyət qarşısında üzr istəməli olduğunu bildirib:

"Georgi Marqvelaşvili siyasətə gəldiyim gündən bəri buraxdığım ən böyük səhvimdir. Mən hələ elə bir insan görməmişəm ki, bu yaşında diametrik olaraq xarakterini dəyişsin. O, hələ özünü tapa bilməyən yeniyetmə kimidir. Mən bu problemi nəzərə almamışdım. Marqvelaşvili bir dəfə bildirdi ki, prezident sarayına ona görə girib ki, mənimlə əks tərəfdədir.

Əslində isə o, özü ilə əks mövqedədir. Hakimiyyətə gəlməzdən öncə, bir Marqvelaşvili var idi, gəldikdən sonra isə dəyişdi”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA