07-09-2016 [22:27]
Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, ictimai-siyasi xadim, tarix üzrə elmlər doktoru Həsən Həsənovun rus dilində "Qız Qalası” kitabının müəllifidir. Kitabda Həsən Həsənov Azərbaycanın tarixi-memarlıq irsi üçün mühüm əhəmiyyət kəsb edən Qız Qalası və onun inşası, memarlıq üslubu və digər xüsusiyyətləri, eləcə də Zərdüştlük və atəşpərəstlik dini təlimləri ilə əlaqədar yeni tarixi-elmi yanaşmalarla çıxış edib. Həsən Həsənovun apardığı elmi-tədqiqat fəaliyyəti ilə bağlı APA-ya müsahibəsini təqdim edirik.
– Sizin Zərdüştilik dini ilə bağlı fikirləriniz "Qız Qalası" kitabınızda yer alıb. Fikirlərinizi bizimlə də bölüşməyinizi istərdik.
– Qısaca desəm, Azərbaycanlılar zərdüştilik dininə bir xalq olaraq cəm şəklində sitayiş etməyiblər!
– Niyə?
– Ona görə ki, Zərdüştilik dini türk əsilli xalqların düşüncəsinə və mənəviyyatına zidd dindir.
– Deyilənə görə, axı Zərdüşt Azərbaycanda doğulub?
– Bəli, bəzi mənbələr deyir ki, Zərdüşt Azərbaycanda doğulub. Amma bu, heç də onun yaratdığı dinə məhz azərbaycanlıların sitayiş etməsini düşünməyə əsas vermir. Məsələn, İsa peyğəmbər yəhudi olaraq doğulub, lakin onun dininin arxasınca yəhudilər deyil, qeyri-yəhudi xalqlar gedib.
– Bəs niyə azərbaycanlılar arasında Zərdüştilik dininin doğma olması haqqında geniş fikirlər yayılıb?
– Bunun iki səbəbi var. Səbəbin biri ondan ibarətdir ki, əvvəllər Rus İmperiyası, sonra da Sovet ideologiyası azərbaycanlıları türk kökündən ayırmaq məqsədilə dönük xalq kimi qələmə verirdilər. Bir çox alimlərimiz azərbaycanlıların dönmə xalq olduqları ideyasını geniş şəkildə elmi əsərlərdə və məqalələrdə əks etdirirdi. İkinci səbəb də ondan ibarətdir ki, bir çoxu atəşpərəstlik mövhumunun mahiyyətinə varmadan onu zərdüştiliklə eyniləşdirir.
– Bəs zərdüştilik atəşpərəstlik deyilmi?
– Xeyr. Zərdüştilər özlərini atəşpərəst saymırlar və vurğulayırlar ki, onların dinində ilahi qüvvə atəş deyil, Ahura Mazdadır. Ahura Mazdaya azərbaycanlılar Hörmüz deyir. Od isə əslində zərdüştilikdə ilahi qüvvə deyil. Sadəcə ilahi qüvvə ilə, yəni Ahura Mazda-Hörmüz ilə əlaqə vasitəsidir.
– Bəs atəşpərəst kimlərdir?
– Təkrar edirəm ki, zərdüştilik atəşpərəstlik deyil, zərdüştilər atəşə pərəstiş etmirlər. Atəşə pərəstiş edən xalq isə islamaqədərki türk əsilli xalqlardır. Bu başqa mövzudur və onu müstəqil şəkildə təqdim etmək lazımdır.
– Dedikləriniz nə ilə sübut oluna bilər?
– Dediklərimi ancaq və ancaq Zərdüştilərin Əhəmənilər dövründə formalaşan Avesta və Sasanilər dövrünə aid olan bir sıra başqa müqəddəs kitabları vasitəsilə sübut etmək olar. Mənim dediklərimə inananlara təşəkkürümü bildirirəm, inanmayanlara isə məsləhət görürəm ki, mövqelərini aydınlaşdıracaq kiçik bir tədqiqat aparsınlar.
– Bu tədqiqat nədən ibarətdir?
– Ən azı aşağıdakı məlumatlara cavab verərək həqiqətən də Zərdüştiliyin türk əsilli xalqlarının dini olub-olmamasını dəqiqləşdirmək olar.
1.Avestada iki ilahi qüvvə haqqında söhbət gedir. Onlardan biri Ahura Mazda (Hörmüz) – xeyir ilahisidir, ikincisi isə Anqromaniya (Əhriman) – şər qüvvəsidir. Avestada hansı etnik qrupların Ahura Mazda (Hörmüz), hansıların isə Anqromaniya (Əhriman) tərəfdarı olmasını aydınlaşdırmaq.
2.Avestada Franqrasyan, pəhləvi mənbələrində isə Frasyaq adlanan şəxsin kim olmasını, bu şəxsin hansı etnik qrupa mənsubluğunu və zərdüştiliyə münasibətinin necə olduğunu aydınlaşdırmaq.
3.Zərdüştilik dinini qəbul edənlər ilkin olaraq mütləq aşağıdakı ifadəni səsləndirməli və ona riayət etməlidirlər. Avestada yer alan cümlə aşağıdakı kimidir: "Mən özümü Mazdaya pərəstiş edən dinin tərəfdarı sayıram. O dinin, hansı ki, «xvaetvadata» yoluna riayət edir”. «Xvaetvadata» ifadəsinin mahiyətini aydınlaşdırmaq
– Olmazmı bu suallara Siz özünüz aydınlıq gətirəsiniz?
– Hesab edirəm ki, islamaqədərki azərbaycanlıların zərdüşt olmasında israrlı olan şəxslər tədqiqat yolu ilə mövqelərini müəyyənləşdirsələr onlar üçün daha inandırıcı olar. Mənim təsirimlə kifayətlənməyib, özləri bu qərara gəlməlidirlər.
– Sizin qeyd etdiyiniz müqəddəs kitabları tapmaq axı elə də asan məsələ deyil.
– Bəli, razıyam. Bu səbəbdən də Avesta və başqa zərdüşti əsərlərlə bilavasitə tanış ola bilməyənlər suallarını, bu ideyanı yayanlara yönəltməlidirlər. Bildirmək istərdim ki, izləyicilər tərəfindən bu mövzuya maraq və çoxsaylı suallar yarandıqda, redaksiyanızda bunu lazım bilsə, mən öz tərəfimdən tövsiyə etdiyim mənbələrə əsaslanaraq ən azı bu üç mövzuya aydınlıq gətirməyə hazıram.
– Son sözünüz nədən ibarətdir?
– Zərdüştilərin müqəddəs kitabı olan Avesta və digər müqəddəs kitabları ilə bilavasitə tanış olmayan, bu kitablarda əks olunan qədim xalqlar arasında qarşıdurmanın mahiyyətini, hansı etnik qrupun şər, hansının xeyir qüvvəsi kimi qələmə verildiyini, Franqrasyan-Frasyaq adlı şəxs əslində kim olduğunu, «xvaetvadata» sözünün mənasını və onun arxasında duran mənəvi yükü bilməyən, şəxs heç bir vəclə deyə bilməz ki, xalqımız qədimdə "zərdüşti” olub, ya olmayıb.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb