07-09-2016 [16:57]
Erməni girovluğunda olan Şahbaz Quliyevin ailəsinə göndərdiyi məktubdan sonra yaxınları narahatlıq içərisindədir. Ailəsinə ünvanlandığı son məktubda biganəlikdən şikayət edən Ş.Quliyev yeni çəkilmiş fotosunu da onlara göndərib.
Ş.Quliyevin bacısı oğlu Ramiz İbrahimov Modern.az-a deyib ki, fotonu görəndən sonra dayısı barədə danışmaq çətindir. O, əlaqədar qurumların məsələyə biganəliyindən şikayətlənib.
Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, Komitə saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir:
"Onların sağlamlıq durumu və saxlanma şəraiti ilə maraqlanırıq. Ehtiyac duyulduğu zaman başçəkməyə müxtəlif mütəxəssislərdən ibarət heyət cəlb olunur. Kiminsə sağlamlıq durumu ilə bağlı ictimaiyyətə məlumat vermirik. Bu sırf əlaqədar şəxslərə açıqlanır”.
Konkret olaraq Şahbaz Quliyevin sağlamlıq durumuna gəlincə, İ.Hüseynova deyib ki, saxlayan tərəf saxlanılan şəxsin sağlamlıq durumuna məsuliyyət daşıyır:
"Qırmızı Xaç Komitəsi də mandatına uyğun olaraq bu məsələlərlə mütəmadi şəkildə maraqlanır. Bu, bütün dünyada belədir, təkcə hansısa hala aid deyil”.
Komitə rəsmisi "saxlanılan şəxs girovluqda olan müddətdə ölərsə, buna cavabdeh olan kim olacaq” sualını belə cavablandırıb:
"Dünya praktikasında göstərilib ki, girov şəxs saxlanıldığı müddət ərzində vəfat edərsə, onun hansı səbəblərdən öldüyü araşdırılır. Amma bu araşdırmanı BQXK deyil, digər qurumlar həyata keçirir”.
2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlarla birlikdə gedən Həsən Həsənov isə qətlə yetirilib.
Dağlıq Qarabağda qurulan "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb