Roma Papası Azərbaycana hansı şüarla gəlir? - Açıqlama

img

06-09-2016 [23:01]


Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri "Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək. 

""Hamımız qardaşıq” şüarı "Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin "bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa çağrılırlar” təlimindən ilhamlanıb”, – deyə, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA