Natiq Cəfərlini evə buraxmadılar

img

06-09-2016 [17:29]


Bu gün Nəsimi Rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə prosesi baxılıb.

Mia.az lent.az-a istinadən bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
N.Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA