"Exit-poll" keçirmək üçün dörd yerli təşkilat müraciət edib - SİYAHI

img

06-09-2016 [14:34]


Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlar bəlli olub.

Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "exit-poll" keçirmək üçün 4 təşkilat MSK-ya müraciət edib.

Müraciət edən təşkilatlar – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Els” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzidir.

Qeyd edək ki, referendumda "exit-poll" keçirmək üçün ayrılan müddət sentyabrın 6-dək olan dövrü əhatə edib. MSK sentyabrın 16-dək qərar verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA