Girov götürülən azərbaycanlıların hamısı azad edildi - Səfirlikdən açıqlama

img

01-09-2016 [16:51]


Ukraynada müxtəlif vaxtlarda girov götürülən azərbaycanlıların hamısı azad edilib.

Müvafiq qurumların birgə fəaliyyəti nəticəsində oğurlanan azərbaycanlıları mərhələ ilə azad etmək mümkün olub.

Son iki il ərzində müxtəlif vaxtlarda girov götürülənlərin əksəriyyəti iş adamları, bir qismi isə iş adamlarının övladları olub.

Qeyd edək ki, bu ilin iyul ayında son iki il ərzində Ukraynada 20-dən çox azərbaycanlının girov götürüldüyü və ya itkin düşdüyü açıqlanmışdı.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunduğunu və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər bir fakt üzrə cinayət işi qaldırıldığını açıqlamışdı.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA