05-09-2016 [11:43]
Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev 160-a yaxın tələbədən rüşvət aldığı üçün həbs edilib.
1997-ci ildən həmin vəzifədə işləyən Həmzəyev bir qrup şəxslə əlbir olaraq hədə-qorxu yolu ilə pul almaqda təqsirləndirilib.
O, kollecin əyani şöbəsində təhsil alan tələbələrə 2014/2015-ci ilin qış sessiyasında imtahanlardan müvəffəq qiymətlərin verilməsi, eləcə də rüşvət vermədikləri halda imtahanların nəticələrinə görə bilik səviyyələrinin qeyri-kafi qiymətləndiriləcəyi hədəsi ilə külli miqdarda rüşvət alma məqsədi ilə ümumilikdə 155 tələbədən 14 min 760 manat pulu hədə-qorxu tətbiq etməklə və ümumi himayədarlıq müqabilində 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında Astara şəhəri, H.Əliyev prospekti 124 ünvanında yerləşən Kollecin inzibati binasındakı xidməti otağında şəxsən alıb.
Bundan başqa, dördüncü kurs tələbəsi N.R-dən dərslərə gəlməməsi, imtahanlarda müvafiq qiymətlər alması müqabilində 1500 manat, kollecin baş mühasibi Mahir Qurbanlının əmisi oğlu Qulam Qurbanov operator vəzifəsinə götürməsinə görə 1800 manat rüşvət alıb.
Bu əməllərinə görə, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədildikdə) və 311.3.4-cü (rüşvət alma; hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham edilib.
Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş kollec tələbələrinin əksəriyyəti ibtidai istintaq zamanı verdikləri ifadələrinin əksinə olaraq qiymət almaq üçün pul vermədiklərini desələr də, məhkəmə onların bu ifadələrini qeyri-səmimi ifadələr kimi qiymətləndirib. Bundan başqa digər təqsirləndirilən şəxslər tələbələrdən pul yığıldığını və həmin pulların kollecin direktoru Əlihəsən Həmzəyevə verildiyini etiraf ediblər.
Səmimi peşmançılıq çəkdiklərinə görə məhkəmə onlar barəsində yüngül cəza təyin edilməsini mümkün hesab edib.
Eyni zamanda təqsirləndirilən şəxs Əlihəsən Həmzəyev əməlini etiraf etməyib, səmimi peşmançılığını bildirməyib. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edilib.
İttiham oldunduğu maddələrlə Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, mümkün yüngül cəzaya, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Əlihəsən Həmzəyev məhkəmənin bu hökmü ilə də razıalçamayıb. O, Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.
Şirvan Apellyasiya Məhkəməsində şikayət icraata götürülüb. Ə.Həmzəyevin apellyasiya şikayətinə hakim Amil Dosiyevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.
![]()
Qafqazinfo
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır