Aygün Bəylərin qohumunu öldürüb basdırdılar - Foto

img

29-08-2016 [13:50]


3 il əvvəl itkin düşdüyü barədə xəbər yayılan şəxsin qətlə yetirilib basdırılması müəyyən edilib.

Mia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilən şəxslər tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA