28-08-2016 [14:50]
Türkiyədə nəşr olunan "Sabah” qəzeti "Rövşən Lənkəranski” ləqəbli məşhur azərbaycanlı kriminal avtorittet Rövşən Canıyevin qətli ilə bağlı yeni məlumatlar əldə edib.
Qəzetin yazdığına görə bu səs-küylü qətli araşdıran İstanbul polisi "Rövşən Lənkəranski”ni güllələyən killerlərin Antalyadan kirayə götürdükləri avtomobillə gəldiklərini müəyyən edib.
İstintaq müəyyən edib ki, "Rövşən Lənkəranski” qətlin baş verdiyi gündən-avqustun 18-dən cəmi bir həftə əvvəl Türkiyəyə gəlib. Onun hansı ölkədən Türkiyəyə getdiyi məlum deyil. Lakin bəllidir ki, Rövşən son illər əsasən Ukrayna və Türkiyə, habelə Birləşmiş Ərəb Əmirliklərində məskunlaşmışdı.

Qəzetin yazdığına görə, killerlər Canıyevin hansı tarixdə Türkiyədə olacağını müəyyən ediblər və qətli hazırlamaq üçün hadisədən təxminən bir ay əvvəl onun ardınca Türkiyəyə gediblər.
Killerlərin Türkiyəyə qaçaq yollarla daxil olduğu bildirilir. Daha sonra onlar Antalyada kirayələdikləri avtomobillə İstanbula gediblər, avtomobilə saxta nömrə nişanı taxıblar.
Qətldən sonra İstanbul polisi killerlərin Antalyadan gəldiklərini müəyyən edib, üç mülki geyimli polis dərhal onların izini tapmaq üçün Antalyaya göndərilib. Lakin gəldikləri avtomobili hadisə yerində atıb piyada qaçan killerlərin izini tapmaq onlara müyəssər olmayıb.
Habelə müəyyən edilib ki, killerlərlə İstanbulda Rövşənin qaldığı yeri göstərən və onlara yardım edən "köstəbək” də var. Lakin onun da izinə rast gəlmək hələ mümkün olmayıb.
İstanbul polisi Rövşənin qətlini 2013-cü ildə həmin şəhərdə qaldığı otelin hovuzundan çıxarılaraq güllələnən azərbaycanlı kriminal avtoritet, "Lotu Qoca” ləqəbli Əlibala Həmidovun qətlinə görə qisas kimi nəzərdən keçirir. Qətl "Lotu Qoca”nın öldürüldüyü gün baş verib.
"Sabah” yazır ki, Rövşən Canıyevlə Əlibala Həmidovun ortaq qumar biznesinin olub, lakin o, Rövşənə "atıb” və bu səbəbdən öldürülüb.
Virtualaz.org
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat