28-08-2016 [14:33]
Azərbaycan mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə "Meyvələrin bəhsi” adlı IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.
Ötən il olduğu kimi, bu il də festival Qəbələdə keçirilib.
Mia.az Musavat.com-un əməkdaşının festivaldan hazırladığı reportajı təqdim edir:
***
Biz festival keçirilən "Karvansaray” otelinə çatan zaman festival ilə bağlı hazırlıq görülürdü.
Türkiyəni təbliğ edən komanda təqdimat masasını hazırlayır, Bakı komandası samovarda çay qaynadır, Şəki komandası isə qonaqlara təqdim ediləcək şirniyyatları qablara düzürdü.
Xarici ölkələrlə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən olan komandalar festivalda yarışmaq üçün bir araya toplaşıb. Səkkiz nəfərdən ibarət komanda üzvləri 8 növ mürəbbə hazırlayaraq münsiflərə təqdim ediblər. Festivalda mürəbbə ilə yanaşı, un məmulatları, şərablar, əl işləri, rəsm əsərləri də nümayiş edilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən mərasimdə dövlət rəsmiləri, turistlər və yerli sakinlər iştirak edib.
Festival Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarovun mərasimə qatılması ilə açıq elan edilib.
Festival dövlət rəsmilərinin çıxışı ilə başlayıb.
İlk olaraq çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verilib. O, qonaqları salamladıqdan sonra festival barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Əbülfəs Qarayev Qəbələnin turizm baxımdan önəmindən danışıb: ”Bu layihənin gerçəkləşməsində əməyi olan insanlara təşəkkür edirəm. Sözlərimə prezident İlham Əliyevin fikirləri ilə davam etmək istəyirəm, Qəbələ artıq Bakıdan sonra ikinci turizm mərkəzidir. Qəbələdə qədim dövrdən qalmış abidələrlə yanaşı, müasir üsulla hazırlanmış memarlıq abidələri turistlərin diqqətini çəkir. Təsadüfi deyil ki, Qəbələ, turistlərin ən çox ziyarət etdiyi bölgələrimizin sırasında öndə gəlir. Mən əminəm ki, Qəbələ bu birinciliyi uzun illər itirməyəcək.
Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Qəbələdə beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival musiqimizi dünyada daha çox tanıdır. Bu dəfə Qəbələdə qeyri-adi festival keçirilir. Mürəbbə festivalı başqa ölkələrdə olmur. Çünki mürəbbə müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan, Azərbaycanın keçmişindən qopub gələn şirniyyat növüdür.
Mürəbbə Festivalı Azərbaycanı bir daha dünyada tanıtmağa kömək etdi. Azərbaycan Milli Kulinariya Mərkəzi və onun daxil olduğu beynəlxalq təşkilatlar birbaşa bu festivala beynəlxalq status veriblər. Bu sevindirici haldır.
Bir daha hər kəsi Mürəbbə bayramı münasibəti ilə təbrik edirəm”.
Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri Əkbər Umarovun çıxışlarından sonra festivalın rəsmi hissəsi bitib və rəsmilər tərəfindən qırmızı lent kəsilərək festivala start verilib. Dövlət rəsmiləri qonaqlarla birlikdə festival üçün hazırlanan masalara yaxınlaşaraq həm satış qiymətləri ilə maraqlanıb, həm də təamlardan dadıblar.
Sonda festivalın qalibləri münsiflər tərəfindən təyin olunub və qaliblərə diplomlar təqdim edilib. Mürəbbələrin ən yaxşı təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri tutub.
İran ən yaxşı mürəbbə müsabiqəsində birinci, Çin ikinci olub. Mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub.
Azərbaycanın bölgələri arasında Zaqatala (ərik), Zərdab (gilas), Qəbələ (gavalı), İsmayıllı (böyürtkən), Şəki (heyva), Gəncə (çiyələk), Qazax (qoz), Gədəbəy (gül) qalib olub.
Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları birinci seçilib.
Sonda nümayiş olunan məhsullar satışa çıxarılıb.

















Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi