27-08-2016 [20:16]
İnternetdə ABŞ dövlət katibi Ceyms Beykerin 1992-ci ildə Azərbaycana səfərini əks etdirən video-sujet yayımlanıb. Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri olmuş mərhum Osman Mirzəyevin qızı, jurnalist Sevinc Osmanqızının paylaşdığı bu videokadrlarda ABŞ dövlət katibinin səfəri əks olunub.
1992-ci ilin fevralın 13-də Bakıya gəlmiş Beykerin bu səfəri o dövr üçün çox böyük siyasi jest sayıla bilər.
Videoda ABŞ dövlət katibini gətirən təyyarə görünür. Trapın önündə Beykeri Azərbaycan prezidenti Ayaz Mütəllibov qarşılayır.

Fotoda soldan: Elmar Məmmədyarov, ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili Riçard Maylz, dövlət katibi Beyker və prezident Ayaz Mütəllibov.
Kadrlarda ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, digər dövət rəsmiləri gözə dəyir. Qarşılanma mərasimində diqqəti çəkən şəxs həmçinin hazırda xarici işlər naziri olan Elmar Məmmədyarovdur. Gənc və bığ saxlayan Məmmədyarov Beykerin qəbul mərasiminin idarə olunmasına rəhbrlik edir.
Hava limanında köhnə sovet ZİS-lərinə minən prezident və ABŞ dövlət katibi Bakı küçələrindən keçir. Maraqlıdır ki, yolboyu maşın karvanını küçələrdə durmuş yüzlərlə Bakı sakini salamlayır. Daha sonra qonaqlar Gülüstan sarayına daxil olurlar. Təkbətək görüşdən sonra prezident Ayaz Mütəllibov və ABŞ dövlət katibi Ceyms Beyker qısa bəyanatla çıxış edirlər.

Fotoda soldan: Azərbaycanın dövlət katibi Midhət Abbasov, Ali Sovetin sədri Elmira Qafarova və baş nazir Həsən Həsənov Beykerlə görüşdə.
Daha sonra görüş geniş tərkibdə davam edir. Azərbaycan nümayəndələri arasında prezidentlə bərabər Ali Sovetin sədri Elmira Qafarova, dövlət katibi Midhət Abbasov, baş nazir Həsən Həsənov, dövlət müşavirləri Adil Əliyev və Vəfa Quluzadə görünür. Maraqlı bir detal da var. Beykerlə görüşdə Ali Sovetin müxalifətdən olan deputatı, AXC İdarə Heyətinin üzvü, parlamentin xarici işlər üzrə komissiyasının sədri İsa Qəmbər də iştirak edir.
Qeyd edək ki, Ceyms Beyker ABŞ-ın müstəqil Azərbaycana gəlmiş ilk ali dövlət rəsmisidir. O, Bakıya Orta Asiyaya turnesi çərçivəsində səfəri zamanı gəlmişdi. Halbuki bu səfər proqramında nəzərdə tutulmamışdı.
Eks-prezident Ayaz Mütəllibov ötən il verdiyi müsahibəsində demişdi ki, Beykerin səfəri Azərbaycanın nefti ilə bağlı olub. "1991-ci ilin sonunda mən ABŞ-ın AMOKO şirkəti iə neft müqavilələrinə aid planı müzakirə etdim. Beykerin Bakıya səfəri məhz bununla bağlı idi”, -deyə Mütəllibov xatırlamışdı.

ABŞ 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan edib. 1992-ci il fevralın 12-də ABŞ Dövlət katibi Ceyms Beykerin Bakıya səfəri həm də iki dövlət arasında rəsmi münasibətlər yaratmaq məqsədindən irəli gəlmişdi. Səfərdən bir az sonra, martın 18-də ABŞ-Azərbaycan diplomatik münasibətləri yaradıldı və ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana səfər etdi.
Son 25 il ərzində ABŞ-ın iki dövət katibi –Ceyms Beyker və Hillari Klinton Bakıya səfər edib(Strateq.az).

Təkbətək görüş.


AXC İdarə Heyətinin üzvü, müxalifətçi deputat İsa Qəmbər ABŞ dövlət katibi ilə görüşdə.

Bakı sakinləri ABŞ dövlət katibini salamlayır
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi